Yevlaxda Azərbaycan Respublikası Prezidentinin 2025-ci il 25 iyun tarixli Sərəncamı ilə təsdiq edilmişdir “Cəzaçəkmə müəssisələrində peşə təhsilinin keyfiyyətinin yüksəldilməsinə və mövcud infrastrukturun təkmilləşdirilməsinə dair 2025–2030-cu illər üçün Fəaliyyət Planı”nın 8.5.1-ci və 8.5.2-ci bəndlərinin icrası çərçivəsində tədbir keçirilib
22 may 2026 | 16:38

Yevlax Şəhər İcra Hakimiyyəti tərəfindən Azərbaycan Respublikası Prezidentinin 25.06.2025-ci il tarixli 637 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Cəzaçəkmə müəssisələrində peşə təhsilinin keyfiyyətinin yüksəldilməsinə və mövcud infrastrukturun təkmilləşdirilməsinə dair 2025–2030-cu illər üçün Fəaliyyət Planı”nın 8.5.1-ci və 8.5.2-ci bəndlərinin icrası çərçivəsində cəzaçəkmə müəssisələrindən azad edilmiş şəxsləri işə götürən şəxslərin müsbət təcrübələrinin tanıdılması, cəzaçəkmə müəssisələrindən azad edilmiş və uğurlu iş təcrübəsi olan şəxslərin tanıdılması məqsədi ilə tədbir keçirilib.
Tədbirdə Yevlax Şəhər İcra Hakimiyyətinin,Yevlax rayon Ağsaqqallar Şurasının, Yevlax şəhəri üzrə Gənclər və İdman sektorunun, Mərkəzi Aran Regional Məşğulluq Filialının Yevlax rayon Xidmət Şöbəsinin, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının yerli qurumlarının, Yevlax Peşə Məktəbinin, rayonda faliyyət göstərən idarələrin məsul şəxsləri, sahibkarlar və Yevlax rayonu üzrə cəzaçəkmə müəssisələrindən azad edilmiş, rayonun idarə, müəssisə, təşkilatları tərəfindən işlə təmin olunmuş şəxslər və media nümayəndələri iştirak ediblər.
Tədbirdə 2026-cı il ərzində Yevlax rayonu üzrə cəzaçəkmə müəssisələrindən azad edilmiş 27 nəfərin idarə, müəssisə və təşkilatlar tərəfindən işlə təmin olunduğunu qeyd edərək, cəzaçəkmə müəssisələrindən azad edilmiş şəxslərin peşə bacarıqlarına yiyələnməsi, məşğulluğa cəlb olunması, sosial adaptasiyası və işəgötürənlərin bu sahədə formalaşdırdığı müsbət təcrübələr barədə çıxışlar edilib.
Həmçinin işəgötürənlər tərəfindən tədbir iştirakçılarına cəzaçəkmə müəssisələrindən azad edilmiş və uğurlu iş təcrübəsi olan şəxslərlə bağlı ətraflı məlumat verilib.
Tədbirin sonunda “İkinci Şans–Yeni Həyat” adlı elektron foto sərgiyə baxış keçirilib