Yevlaxda Azərbaycan Respublikası Prezidentinin 2025-ci il 25 iyun tarixli Sərəncamı ilə təsdiq edilmişdir “Cəzaçəkmə müəssisələrində peşə təhsilinin keyfiyyətinin yüksəldilməsinə və mövcud infrastrukturun təkmilləşdirilməsinə dair 2025–2030-cu illər üçün Fəaliyyət Planı”nın 8.5.1-ci bəndinin icrası çərçivəsində tədbir keçirilib
22 may 2026 | 16:38

Yevlax Şəhər İcra Hakimiyyəti tərəfindən Azərbaycan Respublikası Prezidentinin 25.06.2025-ci il tarixli 637 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Cəzaçəkmə müəssisələrində peşə təhsilinin keyfiyyətinin yüksəldilməsinə və mövcud infrastrukturun təkmilləşdirilməsinə dair 2025–2030-cu illər üçün Fəaliyyət Planı”nın 8.5.1-ci bəndinin icrası çərçivəsində sosial reinteqrasiyanın təşviqi, peşə təhsilinin əhəmiyyətinin artırılması, məşğulluğun dəstəklənməsi və cəmiyyətin bu istiqamətdə məqsədilə maarifləndirici tədbir keçirilib.
Tədbirdə Yevlax Şəhər İcra Hakimiyyətinin,Yevlax rayon Ağsaqqallar Şurasının, Yevlax şəhəri üzrə Gənclər və İdman sektorunun, Mərkəzi Aran Regional Məşğulluq Filialının Yevlax rayon Xidmət Şöbəsinin, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının yerli qurumlarının, Yevlax Peşə Məktəbinin, rayonda faliyyət göstərən idarələrin məsul şəxsləri, sahibkarlar və media nümayəndələri iştirak ediblər.
Tədbirdə çıxış edənlər cəzaçəkmə müəssisələrindən azad edilmiş şəxslərin peşə bacarıqlarına yiyələnməsi, məşğulluğa cəlb olunması, sosial adaptasiyası və işəgötürənlərin bu sahədə formalaşdırdığı müsbət təcrübələr barədə fikir bildiriblər. Sahibkarlar mövzu ilə bağlı müsbət təcrübələrini paylaşıblar.
Tədbirin sonunda “İkinci Şans–Yeni Həyat” adlı elektron foto sərgiyə baxış keçirilib