Yevlaxda Aprel döyüşlərinin 10-cu ildönümünə həsr edilmiş tədbir keçirilib
03 aprel 2026 | 18:31
Yevlaxda Aprel döyüşlərinin 10-cu ildönümünə həsr edilmiş tədbir keçirilib
Yevlax Şəhər İcra Hakimiyyəti, Yevlax şəhər Heydər Əliyev Mərkəzi, Yevlax Mərkəzləsdirilmiş Kitabxana Sistemi və “Yevlax Gənclər Evi” Sosial Xidmət Müəssisəsinin birgə təşkilatçılığı ilə 2016-cı ilin Aprel döyüşlərinin 10-cu ildönümünə həsr edilmiş tədbir keçirilib.
Tədbirdə Yevlax Şəhər İcra Hakimiyyəti Başçısının müavini-Ərazi-təşkilat və ictimai-siyasi məsələlər şöbəsinin müdiri Elnarə Əzizova, 2016-cı ilin aprel döyüşlərinin qazisi Elnur Zəkəriyəyev, həmçinin müharibə veteranları, rayonun idarə, müəssisələrin məsul şəxsləri, gənclər və rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər.
Tədbirdə Xalqımızın Ümummilli Lideri Heydər Əliyevin və vətənimizin azadlığı uğrunda canlarını qurban vermiş şəhidlərimizin əziz xatirələri bir dəqiqəlik sükutla yad edilib, Aprel döyüşlərinə həsr olunmuş film nümayiş etdirilib.
Tədbirdə çıxış edənlər 2016-cı ilin Aprel döyüşlərinin əhəmiyyətindən, Azərbaycan Ordusunun döyüş əzmindən, xalq-ordu birliyindən danışıblar. Qeyd ediblər ki, Aprel döyüşləri Azərbaycan Ordusunun gücünü, xalqımızın yenilməz ruhunu və dövlətimizin qətiyyətini bütün dünyaya nümayiş etdirdi. Bu döyüşlərin Azərbaycan dövlətinin illərlə apardığı məqsədyönlü siyasətin, ordumuzun gücləndirilməsi istiqamətində görülən işlərin məntiqi nəticəsi olduğu bildirilib, 44 günlük Vətən müharibəsinin qazanılan Şanlı Zəfərin təməlini yaratdığı vurğulanıb.






