Şriftin ölçüsü :

Saytın rəngi :

Yevlaxda ali təhsil müəssisələrinə 600-dən yüksək bal toplayaraq qəbul olan məzunlarla görüş keçirilmişdir

10 sentyabr 2025 | 11:03
Yevlaxda ali təhsil müəssisələrinə 600-dən yüksək bal toplayaraq qəbul olan məzunlarla görüş keçirilmişdir
Yevlax rayonunda “Konstitusiya və Suverenlik İli” çərçivəsində silsilə tədbirlər davam etdirilir. Silsilə tədbirlərin davamı olaraq 2025-ci ildə ali təhsil müəssisələrinə 600-dən yüksək bal toplayaraq qəbul olan məzunlarla görüş keçirilmişdir. Görüşdə Yevlax Şəhər İcra Hakimiyyətinin Başçısı Anar Tağıyev, Mərkəzi Aran Regional Təhsil İdarəsinin müdiri Həmid Qasımov və ali təhsil müəssisələrinə 600-dən yüksək bal toplayaraq qəbul olan məzunlar iştirak etmişlər.
Məlumat üçün bildiririk ki, Yevlax rayonunun orta ümumtəhsil məktəblərini bitirən məzunlardan 372 nəfəri ali məktəblərə qəbul olub. Gənclərdən 15 nəfər 600-dən yuxarı, 40 nəfər isə 500-dən yuxarı bal toplamışdır.
Tədbir iştirakçıları əvvəlcə Xalqımızın Ümummilli Lideri Heydər Əliyevin Yevlax şəhərinin mərkəzində ucaldılmış abidəsinin önünə gül dəstələri düzərək, dahi şəxsiyyətin əziz xatirəsinə öz ehtiramlarını bildirmişlər. Şəhər İcra Hakimiyyətinin inzibati binasında davam etdirilən görüşdə İcra Hakimiyyətinin Başçısı Anar Tağıyev tələbə adını qazanan gəncləri təbrik etmiş, onlara savadlı, bilikli, bacarıqlı gənc kadr kimi müstəqil Azərbaycanın inkişafı, tərəqqisi naminə görülən işlərdə layiqli töhfələr vermələrini arzulamışdır.
Qeyd etmişdir ki, ölkəmizdə əsası Ümummilli Liderimiz Heydər Əliyev tərəfindən qoyulan təhsil siyasəti və bu gün Möhtərəm Prezidentimiz, Müzəffər Ali Baş Komandanımız cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Dövlətimizin təhsil strategiyasının kökündə milli-mənəvi dəyərlərin qorunması, xalqın tarixi, mədəniyyəti, cəmiyyətimizin uğurlu gələcəyi, ölkəmizin davamlı və dayanıqlı inkişafı dayanır. Azərbaycanın ərazi bütövlüyünün təmin olunması xüsusilə uğurlu iqtisadi, siyasi, hərbi-müdafiə quruculuğu, eləcə də uğurlu təhsil və gənclər siyasətinin nəticəsində mümkün olmuşdur.
44 günlük Vətən müharibəsində qazandığımız Şanlı Zəfər nəticəsində işğaldan azad olunan ərazilər yenidən qurulur, infrstruktur obyektləri yaradılır, sakinlər öz ata-baba yurdlarına köçürlər. Bir sözlə bir vaxtlar düşmən tərəfindən yerlə yeksan edilmiş, bütün infrstruktur obyektləri məhv edilmiş ərazilərdə yenidən həyat qaynayır. Həmin ərazilərdə yeni məktəblər, körpələr evi-uşaq bağçaları inşa edilərək təhsil işçilərinin, şagirdlərin istifadəsinə verilir.
Ölkəmizdə təhsilin inkişafında Birinci vitse-prezidentimiz hörmətli Mehriban xanım Əliyevanın rəhbərliyi etdiyi Heydər Əliyev Fondunun rolu böyükdür. Belə ki, Mehriban xanmım Əliyevanın rəhbərliyi ilə Fond tərəfindən ölkəmizin hər regionunda yeni məktəb binaları, körpələr evləri, uşaq bağçaları inşa edilir, təhsil müəssisələrinin maddi-tədris bazasının möhkəmləndirilir, informasiya və kommunikasiya texnologiyaları ilə təmin edilir ki, bu da təhsilin keyfiyyətinə də öz müsbət təsirini göstərir.
Sonra çıxış edən Mərkəzi Aran Regional Təhsil İdarəsinin müdiri Həmid Qasımov ali məktəbə qəbul imtahanlarında yüksək bal toplamış məzunları təbrik etmiş, onlara gələcək tələbə həyatlarında və karyera yollarında uğurlar arzulamışdır.
Tələbə adını qazanan məzunlar onlara yaradılan şəraitə, göstərilən diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevə və Birinci vitse-prezident hörmətli Mehriban xanım Əliyevaya minnətdarlıqlarını ifadə etmişlər.
Sonda qəbul imtahanlarında yüksək bal toplayan tələbələrə Yevlax Şəhər İcra Hakimiyyətinin Fəxri fərman və qiymətli xatirə hədiyyələri təqdim edilmişdir.
Xatırladaq ki, ali təhsil müəssisələrinə qəbul imtahanlarında Yevlax şəhər Ş.Qurbanov adına 8 nömrəli tam orta ümumtəhsil məktəbin məzunu Məcnunova Zinyət Həsən qızı 668 balla rayon üzrə ən yüksək nəticə göstərərək Azərbaycan Tibb Universitetinin Tibb fakültəsinin Müalicə işi ixtisasına daxil olmuşdur.
Keçidlər