Şriftin ölçüsü :

Saytın rəngi :

Yevlaxda Ailə, Qadın və Uşaq Promlemləri üzrə Dövlət Komitəsinin təşkilatçılığı ilə təlim keçirilib

25 iyun 2023 | 19:42
Yevlaxda Ailə, Qadın və Uşaq Promlemləri üzrə Dövlət Komitəsinin təşkilatçılığı ilə təlim keçirilib
Yevlaxda Ailə, Qadın və Uşaq Promlemləri üzrə Dövlət Komitəsinin təşkilatçılığı ilə Yevlax, Gəncə,Mingəçevir,Naftalan şəhərləri, Samux, Goranboy, Göygöl rayon İcra Hakimiyyətlərinin Gender zorakılığı və uşaqlara qarşı zorakılıq üzrə monitorinq qrupunun üzvləri üçün təlim keçirilib.
Təlimdə Ailə, Qadın və Uşaq Promlemləri üzrə Dövlət Komitəsinin sədr müavini Sədaqət Qəhrəmanova, qeyd edilən şəhər və rayonların Gender zorakılığı və uşaqlara qarşı zorakılıq üzrə monitorinq qrupunun üzvləri iştirak edib.
Yevlax Şəhər İcra Hakimiyyəti Başçısının müavini- İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Elnarə Əzizova tədbir iştirakçılarını salamlayaraq, məişət zorakılığının qarşısının alınması sahəsində görülən işlər barədə tədbir iştirakçılarını məlumatlandırıb. Daha sonra çıxış edən Ailə, Qadın və Uşaq Promlemləri üzrə Dövlət Komitəsinin sədr müavini Sədaqət Qəhrəmanova respublika üzrə rayon və şəhər icra hakimiyyətlərində yaradılmış Gender zorakılığı və uşaqlara qarşı zorakılıq üzrə monitorinq qruplarının öz fəaliyyətlərini həyata keçirən zaman “Məişət zorakılığının qarşısının alınması haqqında” Azərbaycan Respublikasının Qanununun tələblərini rəhbər tutaraq, zorakılıq qurbanlarına daha çevik dəstəyin göstərilməsi, mühafizə orderlərinin verilməsi, zəruri hallarda qurbanların sığınacaqlara yerləşdirilməsi istiqamətində tədbirlərin görülməsinin vacibliyini diqqətə çatdırıb.Təlim fikir mübadiləsi və sual-cavab sessiyası ilə davam edib.Qeyd edək ki, təlimin məqsədi “Azərbaycan Respublikasında məişət zorakılığı ilə mübarizəyə dair 2020–2023-cü illər üçün Milli Fəaliyyət Planı”nın müvafiq bəndlərinin icrası ilə yanaşı, məişət zorakılığının qarşısının alınması istiqamətində tədbirlərin gücləndirilməsi və regionlarda zorakılıqla mübarizə sahəsində profilaktik işin aparılması kimi məsələlərin müzakirə edilməsidir.
Keçidlər