Şriftin ölçüsü :

Saytın rəngi :

Yevlaxda “Ağsaqqalların tariximizdə rolu” mövzusunda dəyirmi masa keçirilib

29 oktyabr 2026 | 15:34
Yevlaxda “Ağsaqqalların tariximizdə rolu” mövzusunda dəyirmi masa keçirilib
Dəyirmi masada Yevlax Şəhər İcra Hakimiyyətinin Başçısı Anar Tağıyev, Yevlax rayon Ağsaqqallar Şurasının sədri Minnət Mürsəlov və rayon ağsaqqalları iştirak ediblər. Əvvəlcə Xalqımızın Ümummilli Lideri Heydər Əliyevin və ölkəmizin ərazi bütövlüyü, suverenliyi uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirəsini bir dəqiqəlik sükutla yad olunub, ağsaqqallarımızın cəmiyyətimizdəki rolunu əks etdirən videofilm nümayiş etdirilib.
Yevlax Şəhər İcra Hakimiyyətinin Başçısı Anar Tağıyev çıxışında Azərbaycan xalqının çoxəsrlik tarixində ağsaqqalların cəmiyyətin mənəvi dayağı, müdrikliyin və yol göstərənliyin rəmzi olduğunu vurğulayıb. Müstəqilliyimizin möhkəmləndirilməsində,ölkəmizin davamlı inkişafında, milli adət-ənənələrimizin qorunmasında və gənc nəslin vətənpərvərlik ruhunda tərbiyəsində ağsaqqalların rolu barədə danışıb.
Şəhər İcra Hakimiyyətinin Başçısı vurğulayıb ki, Ümummilli Lider Heydər Əliyev dövlət quruculuğu prosesində milli-mənəvi dəyərlərin qorunmasına, ağsaqqalların həyat təcrübəsinə və ictimai nüfuzuna daim xüsusi önəm verib. Ulu Öndərin siyasi kursunu uğurla davam etdirən Möhtərəm Prezidentimiz, Müzəffər Ali Baş Komandanımız cənab İlham Əliyevin ağsaqqallara göstərdiyi diqqət və qayğıdan bəhs edən Şəhər İcra Hakimiyyətinin Başçısı bildirib ki, ölkəmizdə yaşlı nəslin nümayəndələrinə hörmət, onların zəngin həyat təcrübəsindən yararlanmaq və milli-mənəvi dəyərlərimizi qorumaq dövlət siyasətinin mühüm istiqamətlərindən biridir. Eyni zamanda, Birinci vitse-prezidentimiz hörmətli Mehriban xanım Əliyevanın ağsaqqallara göstərdiyi diqqət və qayğı, onların cəmiyyətdəki nüfuzunun qorunması və milli-mənəvi irsimizin yaşadılması istiqamətindəki fəaliyyətindən bəhs edib.
Dəyirmi masada çıxış edən Yevlax rayon Ağsaqqallar Şurasının sədri Minnət Mürsəlov, Respublikanın Əməkdar müəllimi Zərxanım Əhmədova, Yevlax şəhər Nəriman Nərimanov adına 9 nömrəli tam orta ümumtəhsil məktəbin tarix müəllimi Günay Məhərrəmova, ağsaqqallardan Eldəniz Mustafayev, Xaləddin Nifətliyev, Ağamoğlan Həsənov çıxışlarında Möhtərəm Prezidentimiz cənab İlham Əliyevin həyata keçirdiyi siyasətə dəstəklərini ifadə edərək, ölkəmizdə sabitliyin, inkişafın və xalq-iqtidar birliyinin qorunmasının vacibliyini vurğulayıblar. Onlar gənc nəslin milli-mənəvi dəyərlərə sədaqət ruhunda yetişdirilməsi və digər aktual məsələlərlə bağlı fikir və təkliflərini səsləndiriblər.
Dəyirmi masa qarşılıqlı fikir mübadiləsi şəraitində keçib, ağsaqqalların təcrübə və tövsiyələrinin cəmiyyətin inkişafında, milli-mənəvi dəyərlərimizin yaşadılmasında və nəsillər arasında varisliyin qorunmasında mühüm rol oynadığı bir daha vurğulanıb.
Keçidlər