Şriftin ölçüsü :

Saytın rəngi :

Yevlaxda ağacəkmə aksiyası keçirilib

11 noyabr 2022 | 14:22
Yevlaxda ağacəkmə aksiyası keçirilib
Yevlaxda Yeni Azərbaycan Partiyasının yaranmasının 30 illiyi münasibətilə “Yeni Azərbaycan Partiyası-Uğurlu 30 il” adı altında ağacəkmə aksiyası keçirilib.
Ağacəkmə aksiyasında Yevlax Şəhər İcra Hakimiyyətinin Başçısı Anar Tağıyev, YAP Yevlax rayon təşkilatının sədri Rafiq Əliyev,YAP Yevlax rayon təşkilatı ərazi partiya təşkilatlarının sədrləri, partiya fəalları, rayonda fəaliyyət göstərən idarə, müəssisə və təşkilatların rəhbərləri və əməkdaşları, gənclər iştirak edib.
Aksiya çərçivəsində ərazinin relyefinə uyğun olaraq müxtəlif növlər üzrə 400 ağac əkilib.
Keçidlər