Şriftin ölçüsü :

Saytın rəngi :

Yevlaxda abadlıq quruculuq işləri davam etdirilir

30 sentyabr 2022 | 15:55
Yevlaxda abadlıq quruculuq işləri davam etdirilir
Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan Cənab İlham Əliyevin həyata keçirdiyi uğurlu siyasət nəticəsində bütün regionlarda olduğu kimi Yevlaxda da abadlıq-quruculuq işləri  davam edir. Belə ki, Şəhərin Heydər Əliyev prospekti boyunca avtomobil yolunun kənarlarında yenidənqurma işləri aparılır. Ərazidə piyadalar üçün nəzərdə tutulan səkilər bərpa olunur, köhnə daşlar sökülərək yeni səki daşları ilə əvəz edilir. Bundan əlavə, yeni bordürlər düzülərək tamet daşları vurulur. Şəhər İcra Hakimiyyətinin Başçısı Anar Tağıyev görülən işlərlə yerində tanış olmaq məqsədilə əraziyə baxış keçirib. Şəhər rəhbəri işlərin vaxtında və keyfiyyətli görülməsi məqsədilə bir sıra tövsiyyə və tapşırıqlarını verdi.
Keçidlər