Şriftin ölçüsü :

Saytın rəngi :

Yevlaxda abadlıq-quruculuq işləri davam etdirilir

13 noyabr 2024 | 12:28
Yevlaxda abadlıq-quruculuq işləri davam etdirilir
Yevlax Şəhər İcra Hakimiyyəti tərəfindən həyata keçirilən tikinti-quruculuq işləri çərçivəsində şəhərin işlək küçələrindən olan Yeni Yevlax küçəsinin S.Vurğun küçəsindən Vidadi küçəsinədək uzunluğu 205, eni 12 metr hissəsinə giriş-çıxış yolları ilə birlikdə 2460 kv metr yeni asfalt örtüyü salınmışdır.
Qeyd edək ki, ümumi uzunluğu 1716 metr olan Yeni Yevlax küçəsinin indiyədək 780 metr hissəsinə 7635 kv metr asfalt örtüyü salınmışdır.
Şəhər ərazisində sakinlərin və nəqliyyatın rahat hərəkət etməsinin təmin edilməsi üçün küçələrin, yolların yenidən qurulması, abadlaşdırılması mərhələli şəkildə davam etdirilir.
Keçidlər