Yevlaxda abadlıq-qurucluq işləri davam etdirilir
28 oktyabr 2024 | 18:15
Yevlaxda abadlıq-qurucluq işləri davam etdirilir
Yevlax Şəhər İcra Hakimiyyəti tərəfindən şəhər ərazisində geniş abadlıq-qurucluq işləri həyata keçirilir. Belə ki, şəhərin küçə və prospektlərində yeni işıqlandırma sistemləri quraşdırılır,Kür çayının sahilindəki Sahil-Bulvar istirahət parkı əsaslı şəkildə təmir olunur, sakinlərin müraciətləri əsasında növbəlilik prinsipi ilə təmirə ehtiyac olan küçələrə yeni asfalt örtüyü salınır.
Görülən işlərin davam olaraq hazırda şəhərin Nizami prospektində istismar müddətini başa vurmuş bardürlər yeniləri ilə əvəz olunur. Növbəti mərhələdə prospekt boyu səkilərin köhnəlmiş tamet örtüyünün yenilənməsi planlaşdırılmışdır.