Şriftin ölçüsü :

Saytın rəngi :

Yevlaxda abadlıq işləri davam etdirilir

30 noyabr 2023 | 14:15
Yevlaxda abadlıq işləri davam etdirilir
Yevlaxda həyata keçirilən abadlıq-quruculuq işləri çərçivəsində şəhərin məhəllə və binalarının, küçə və parkların abadlaşdırılması, infrastrukturların yaradılması, yaşıllıqların salınması, yolların və səkilərin əsaslı təmir edilməsi istiqamətində işlər uğurla davam etdirilir.
Hal-hazırda şəhərin Heydər Əliyev prospekti boyu ərazidə sakinlərin rahat gediş-gəlişlərini təmin etmək üçün səkilər genişləndirilir, həmişəyaşıl və dekorativ ağaclardan, gül kollarından ibarət yeni yaşıllıqlar salınır, kiçik yaşda uşaqların istirahətini təmin etmək üçün müxtəlif oyun avadanlıqları quraşdırılır. Şəhər ərazisindəki parklarda əkilən ağaclar suvarılır və tullantılar daşınır. Həmçinin binaların fasadları yuyularaq təmizlənir.
İşlərin keyfiyyətlə həyata keçirilməsi daim nəzarətdə saxlanılmaqla, hazırda şəhərin ayrı-ayrı ünvanlarında başlanılmış abadlıq, quruculuq və yenidənqurma işləri davam etdirilir.
Keçidlər