Şriftin ölçüsü :

Saytın rəngi :

Yevlaxda abadlaşdırılan növbəti həyətdə son tamamlama işləri həyata keçirilir

29 dekabr 2023 | 16:12
Yevlaxda abadlaşdırılan növbəti həyətdə son tamamlama işləri həyata keçirilir
Yevlax şəhərində aparılan genişmiqyaslı abadlıq-quruculuq işləri çərçivəsində küçə və parkların, məhəllə və binaların abadlaşdırılması, həyətlərin yenidən qurulması, yeni infrastrukturların yaradılması işləri uğurla davam etdirilir.
Şəhərin Q.Quliyev küçəsi 3,4, Zərdabi küçəsi 2 ,Yeni Yevlax küçəsi 5, Nizami prospekti 44,46,48 ünvanlarda yerləşən ictimai yaşayış binaları əhatə edən həyətyanı sahədə geniş abadlıq-quruculuq işləri həyata keçirilib. Ərazidə binaların fasadı müasir formada əsaslı şəkildə təmir olunub, yağış suları axıdan boru və navalçaları dəyişdirilib. Həyətdə yeni suvarma və işıqlanma sistemləri çəkilib, tamet-bardur daşları vurulub, mini futbol meydançası yaradılıb, uşaq oyun elementləri, idman turnikləri quraşdırılıb. Sakinlərin asudə vaxtlarının səmərəli təşkili üçün söhbətgahlar və oturacaqlar qoyulub. Həyətdə ağacların budanması, təmizlik və torpaq işləri də görülüb. Həyətə yeni asfalt örtüyü vurulub. Hal-hazırda son tamamlanma işləri aparılır.
İşlərin keyfiyyətlə həyata keçirilməsi daim nəzarətdə saxlanılmaqla, hazırda rayonun digər ünvanlarında da abadlıq, quruculuq, yenidənqurma işləri davam etdirilir.
Keçidlər