Şriftin ölçüsü :

Saytın rəngi :

Yevlaxda 8 Noyabr-Zəfər Gününün beşinci ildönümü münasibətilə silsilə ağacəkmə aksiyaları təşkil olunmuşdur

07 noyabr 2025 | 14:19
Yevlaxda 8 Noyabr-Zəfər Gününün beşinci ildönümü münasibətilə silsilə ağacəkmə aksiyaları təşkil olunmuşdur
Yevlax Şəhər İcra Hakimiyyətinin təşkilatçılığı ilə “Konstitusiya və Suverenlik İli” çərçivəsində 8 Noyabr-Zəfər Gününün beşinci ildönümü münasibətilə silsilə ağacəkmə aksiyaları təşkil edilmişdir. Təşkil olunmuş aksiyalar çərçivəsində rayonun iqlim şəraitinə uyğun müxtəlif növ ağac və gül kolları əkilmiş, əkilmiş ağacların suvarılması təmin edilərək, onlara aqrotexniki qaydada qulluq göstərilmişdir. Zəfərin 5-ci ildönümü münasibətilə keçirilən tədbir ekoloji tarazlığın bərpasına, ətraf mühitin qorunmasına töhfə vermək məqsədi daşıyır.
Yevlax rayonunda təşkil oluhmuş ağacəkmə aksiyaları çərçivəsində ümumilikdə 4113 ədəd müxtəlif növ ağac və dekorativ gül kolları əkilmişdir.
Keçidlər