Yevlaxda 8 Noyabr - Zəfər gününə həsr olunmuş "Xarı bülbül ətirli Zəfərimiz" adlı tədbir keçirilib
07 noyabr 2025 | 17:38
Yevlaxda 8 Noyabr - Zəfər gününə həsr olunmuş "Xarı bülbül ətirli Zəfərimiz" adlı tədbir keçirilib
Yevlax Şəhər İcra Hakimiyyəti, Yevlax şəhər Mədəniyyət Mərkəzi, Heydər Əliyev Mərkəzi, Mədəniyyət İşçiləri Həmkarlar İttifaqı Yevlax rayon komitəsi, Malbinəsi Uşaq musiqi məktəbi, Aran Uşaq musiqi məktəbi və "Yevlax Gənclər evi" SXM-nin birgə təşkilatçılığı ilə ədəbi-bədii tədbir təşkil edilib. Yevlax şəhər Yaradıcılıq evində baş tutan tədbirdə Yevlax Şəhər İcra Hakimiyyəti Başçısının müavini-İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Elnarə Əzizova, YAP Yevlax rayon təşkilatının sədri Rafiq Əliyev, Fövqəladə Hallar Nazirliyi Aran Regional Mərkəzinin rəisi polkovnik-leytenant Ramin Orucov, FHN-in Dağ-Mədən Nəzarəti Müfəttişliyinin rəisi Elşən Mustafayev, dövlət qurumlarının məsul şəxsləri, şəhid ailələri və içtimaiyyət nümayəndələri iştirak ediblər.İlk öncə tədbiri giriş sözü ilə Yevlax şəhər Heydər Əliyev Mərkəzinin direktoru Aygün Qasımova açaraq tədbirin mahiyyəti haqqında qısa məlumat verib.
Tədbirin proqramında Mədəniyyət Mərkəzinin əməkdaşlarının təqdimatında səhnələşdirilmiş kompozisiya rəngarəng musiqilər yer alıb. Proqram qonaqlar tərəfindən alqışlarla qarşılanıb.






