Şriftin ölçüsü :

Saytın rəngi :

Yevlaxda 8 Noyabr - Zəfər Gününə həsr olunmuş tədbir keçirilmişdir

08 noyabr 2024 | 15:39
Yevlaxda 8 Noyabr - Zəfər Gününə həsr olunmuş tədbir keçirilmişdir
Yevlax Şəhər İcra Hakimiyyətinin təşkilatçılığı ilə 44 günlük Vətən müharibəsində qazanılan Şanlı Qələbəyə-8 Noyabr - Zəfər Gününə həsr olunmuş tədbir keçirilib.Tədbirdə Yevlax Şəhər İcra Hakimiyyətinin Başçısı Anar Tağıyev, Milli Məclisin deputatı İlham Məmmədov, YAP Yevlax rayon təşkilatının, rayonun hüquq mühafizə orqanlarının, idarə, müəssisələrin rəhbərləri, şəhid ailələri, Vətən müharibəsi iştirakçıları, qazilər və ictimaiyyət nümayəndələri iştirak etmişlər.
Tədbir iştirakçıları əvvəlcə Xalqımızın Ümummilli Lideri, dünyanın ən böyük Azərbaycanlısı Heydər Əliyevin Yevlax şəhərinin mərkəzindəki abidəsini və Yevlax Şəhər Şəhidlər Xiyabanında canlarını ölkəmizin ərazi bütövlüyü, torpaqlarımızın azadlığı uğrunda qurban vermiş Şəhidlərimizin xatirəsinə ucaldılmış abidəni ziyarət etmiş, abidələrin önünə gül dəstələri düzərək dahi Şəxsiyyətin və Şəhidlərimizin müqəddəs xatirələrini böyük ehtiramla yad etmişlər.
Sonra tədbir Yevlax şəhər Heydər Əliyev Mərkəzində davam edib. Tədbirdə Dövlət himni səsləndirilmiş, Ulu Öndər Heydər Əliyevin və vətənimizin ərazi bütövlüyü uğrunda canlarından keçmiş Şəhidlərimizin əziz xatirələri bir dəqiqəlik sükutla yad edilmişdir.
Yevlax Şəhər İcra Hakimiyyətinin Başçısı Anar Tağıyev çıxışında bayram münasibətilə tədbir iştirakçılarına təbriklərini çatdırmışdır. Çıxışının davamında Şəhər rəhbəri Xalqımızın Müzəffər Ali Baş Komandanımız cənab İlham Əliyevin ətrafında sıx birləşməklə qazandığı tarixi Zəfərlə dünyaya öz gücünü, mübarizliyini nümayiş etdirdiyini bildirmişdir. Həmçinin qeyd etmişdir ki, 44 günlük Vətən müharibəsi Azərbaycan tarixinin ən parlaq səhifəsi olmaqla, xalqımızın qürur mənbəyidir. İcra Hakimiyyətinin Başçısı 44 günlük Vətən müharibəsində qazanılan Böyük Zəfərin, 12 senytabr 2022-ci il düşmən təxribatının qarşısının alınması zamanı və 2023-cü ildəki lokal xarakterli antiterror tədbirləri nəticəsində əldə olunan uğurlu nəticələrdən,suverenliyimizin tam bərpa olunmasından geniş danışmış, 2024-cü ilin sentyabr ayının 19-da Möhtərəm Prezidentimiz, Müzəffər Ali Baş Komandanımız cənab İlham Əliyev tərəfindən hər il sentyabrın 20-də qeyd olunacaq unudulmaz tarix-Dövlət Suverenliyi Gününün təsis edilməsi haqqında Sərəncamın əhəmiyyətindən söhbət açmışdır.
YAP Yevlax rayon təşkilatının sədri Rafiq Əliyev çıxışında bildirdi ki, Ölkə Prezidenti Müzəffər Ali baş Komandan cənab İlham Əliyevin peşəkar rəhbərliyi altında yenilməz Azərbaycan ordusu 44 günlük Vətən müharibəsində Zəfər zirvəsini fəth edərək şanlı tarix yazmışdır. Azərbaycanın hərbi sahədə qazandığı uğurlar xüsusilə 8 noyabr tarixində Şuşanın işgaldan azad olunması Vətən müharibəsinin taleyində mühüm rol oynamışdır. Hər bir azərbaycanlı bu möhtəşəm tarixi qələbəmizlə qürur hissi keçirir, möhtərəm Prezidentimizin müdrik siyasəti ətrafında sıx birləşərək parlaq gələcəyə doğru inamla addımlayır.
Milli Məclisin deputatı İlham Məmmədov çıxış edərək Müzəffər Ali Baş Komandanımızın rəhbərliyi altında şanlı ordumuzun qəhrəmanlığı, cəsur əsgərlərimizin canı, qanı bahasına əldə olunan qələbənin tarixi əhəmiyyətindən danışmış,dövlətimizin şəhid ailələrinə, qazilərə, veteranlara göstərdiyi diqqət və qayğıdan eləcədə işğaldan azad olunan ərazilərdə aparılan quruculuq işlərindən bəhs etmiş,bu Zəfəri bizə yaşadan, öz canından keçən şəhidlərimizə Allahdan rəhmət, qazilərimizə isə şəfa diləmişdir.
44 günlük Vətən müharibəsi zamanı Şəhidlik zirvəsinə ucalmış Polkovnik-leytenant Soltan Məmmədovun həyat yoldaşı Tünzalə Məmmədova, Vətən müharibəsi veteranı Aqşin Əlizadə çıxışlarında 44 günlük Vətən müharibəsindən, müharibəin gedişində yaşadıqları hisslərdən danışdılar, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi altında qazanılan şanlı qələbədən bəhs etdilər. Vətənimizin azadlığı, ərazi bütövlüyümüz uğrunda canlarından keçən Şəhidlərimizin unudulmayacağını, daim xalqımızın qəlbində yaşayacağını bildirdilər,qazilərimizin tezliklə şəfa tapmasını arzuladılar, onlara göstərilən diqqət və qayğıya görə Möhtərəm Prezidentimiz, Müzəffər Ali Baş Komandanımız cənab İlham Əliyevə və Birinci vitse-prezidentimiz hörmətli Mehriban xanım Əliyevaya minnətdarlıqlarını ifadə etdilər.
Tədbirin gedişində Zəfər Gününə həsr olunmuş videoçarx nümayiş etdirilmişdir.
Keçidlər