Şriftin ölçüsü :

Saytın rəngi :

Yevlaxda 8 Noyabr Zəfər Gününə həsr olunan rəsm sərgisi təşkil olunub

02 noyabr 2023 | 12:17
Yevlaxda 8 Noyabr Zəfər Gününə həsr olunan rəsm sərgisi təşkil olunub
Noyabrın 1-də Yevlax şəhərində Mərkəzi Aran Regional Təhsil İdarəsinin təşkilatçılığı və Yevlax Rayon İcra Hakimiyyətinin dəstəyi ilə Zəfər Gününə həsr olunan rəsm sərgisi keçirilib.
Sərgidə Yevlax Şəhər İcra Hakimiyyətinin Başçısı Anar Tağıyev, Mərkəzi Aran Regional Təhsil İdarəsinin müdiri Elçin Kərimov, struktur bölmə rəhbərləri, təhsil işçiləri və şagirdlər iştirak ediblər.
Mərkəzi Aran Regional Təhsil İdarəsinin tabeliyində olan təhsil müəssisələrində təhsil alan 61 şagirdin Vətən müharibəsindəki zəfərimizi, eləcə də xalqımızın qəhrəman oğullarının göstərdiyi şücaəti və Qarabağ simvolu olan xarıbülbülü, tarixi və dini abidələri əks etdirən 100-dən çox çəkdiyi rəsm tabloları nümayiş olunub.
Qeyd edək ki, sərginin əsas məqsədi şagirdlərin vətənpərvərlik ruhunda tərbiyəsi işinin davamlı təşkilinə nail olmaq, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Azərbaycan Ordusunun Vətən Müharibəsində göstərdiyi qəhrəmanlıq və qazanılmış möhtəşəm tarixi Zəfəri əsərlərdə nümayiş etdirmək, xüsusi istedada malik olan uşaqları üzə çıxarmaq, onların yaradıcılıq bacarıqlarının inkişafına dəstək verməkdən ibarətdir.
Keçidlər