Yevlaxda 8 Noyabr Zəfər Gününə həsr edilmiş tamaşa nümayiş etdirilmişdir
07 noyabr 2023 | 19:58
Yevlaxda 8 Noyabr Zəfər Gününə həsr edilmiş tamaşa nümayiş etdirilmişdir
Yevlaxda 8 Noyabr Zəfər gününə həsr edilmiş silsilə tədbirlərin davamı kimi Mərkəzi Aran Regional Mədəniyyət İdarəsi Yevlax şəhər Mədəniyyət Mərkəzinin filialı Yaradıcılıq evinin nəzdində fəaliyyət göstərən Bəşir Səfəroğlu adına Xalq teatrında Gülnigar Rəhimlinin “Elman və Sənubər” əsərinin motivləri əsasında 44 günlük Vətən müharibəsinə həsr olunmuş Respublikanın Əməkdar Mədəniyyət işçisi Zöhrə Adgözəlovanın ssenarisi əsasında “Zəfərin mübarək Azərbaycan”adlı tamaşası nümayiş etdirilmişdir. Tamaşa öncəsi torpaqlarımızın azadlığı uğrunda canlarından keçən şəhidlərimizin ruhu bir dəqiqəlik sükutla anıldıqdan sonra teatr öz pərdələrini teatrsevərlərinin üzünə açmışdır.
Tamaşanın nümayişində Yevlax şəhər İcra Hakimiyyəti Başçısının müavini – İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Elnarə Əzizova ,YAP- Yevlax rayon təşkilatının sədri Rafiq Əliyev, Mərkəzi Aran Regional Mədəniyyət İdarəsinin rəis müavini Qasım Qasımov, Respublikanın Əməkdar Mədəniyyət işçisi Eldəniz Mustafayev, teatrın yaradıcılarından Qurban Əliyev, şəhər Mədəniyyət Mərkəzinin direktoru Aygün Qasımova, Şəhid ailələri, qazilər,Vətən müharibəsi iştirakçıları və rayon ictimayyətinin nümayəndələri iştirak etmişlər. Respublikanın Əməkdar Mədəniyyət işçiləri Zöhrə Adgözəlovanın, Eldəniz Mustafayevin və gənc rejissor Leyla Abdullayevanın quruluşunda səhnə təcəssümü tapan tamaşada 44 günlük Vətən müharibəsində Azərbaycan əsgərinin qəhrəmanlıqlarından bir bayraq altında birləşən xalqımızın 30 ildən sonra qazandığı möhtəşəm zəfərdən bəhs edilirdi. Aktyorların tamaşa zamanı ifa etdikləri mahnı və rəqslər ,söylədikləri qələbə ruhlu şeirlər sehircilərdə xoş ovqat oyadırdı. Zaur Qurbanovun, Sabir Hüseynovun, Kəmalə Qurbanovanın, Fərtidə Həsənovanın, Teymur Mustafayevin, Taleh Əzimovun,Rəşad Hüseynovun,Elnurə Babayevanın,Xan Quliyevin və Salatın Mustafayevanın yadda qalan çıxışları tamaşaçılar tərəfindən alqışlarla qarşılandı. Finalda çıxış edənlər vətənpərvər ruhunda hazırlanmış tamaşanın məram və mahiyyətindən söz açdılar. Belə tamaşaların təşkili gələcək nəslin formalaşmasında əhəmiyyət kəsb etməsini qeyd edərək tamaşaçıları Zəfər günü münasibəti ilə təbrik etdilər. Sonda xatirə şəkilləri çəkdirildi.