Şriftin ölçüsü :

Saytın rəngi :

Yevlaxda 8 Noyabr Zəfər günü münasibətilə Şəhidlər Xiyabanı ziyarət edildi

08 noyabr 2023 | 12:06

Yevlax Şəhər İcra Hakimiyyətinin Başçısı Anar Tağıyev, YAP Yevlax rayon təşkilatının sədri Rafiq Əliyev, Şəhər İcra Hakimiyyəti Başçısı aparatının kollektivi,rayonun hüquq mühafizə orqanlarının rəhbərləri, Şəhid ailələrinin üzvləri, qazilər, müharibə iştirakçıları, təhsil,mədəniyyət işçiləri və ictimaiyyət nümayəndələri  8 Noyabr Zəfər günü münasibətilə Yevlax şəhərindəki Şəhidlər Xiyabanını ziyarət ediblər. Ziyarət zamanı Şəhidlərin ruhuna dualar oxunub. Sonra  Şəhidlərin xatirəsinə inşa edilmiş Abidənin və məzarların üzərinə gül dəstələri düzülərək, Şəhidlərimizin əziz xatirələrinə öz ehtiramlarını bildirilib.Şəhər rəhbəri şəhid ailələri ilə görüşərək 44 gün davam edən Vətən müharibəsində qazanılan Qələbənin tarixi əhəmiyyətindən danışıb. Qeyd edib ki, 44 günlük Vətən müharibəsində qazanılan qələbə tariximizin ən parlaq səhifəsinə çevrilmişdir.Xalqımız Möhtərəm Prezidentimiz, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə  düşmən üzərində qazanılan Xalqımızın Şanlı Qələbə nəticəsində bütün dünyaya öz gücünü, mübarizliyini nümayiş etdirdi.Sentyabrın 19-20-də həyata keçirilmiş lokal xarakterli antiterror tədbirləri nəticəsində isə ölkəmizin suverenliyi tam bərpa edildi.Azərbaycan ərazisində erməni separatçılığına son qoyan, xalqımızın və soydaşlarımızın uzun illər böyük həsrətlə gözlədiyi o gün yetişdi - erməni separatçıları ağ bayraq qaldıraraq təslim oldular. Azərbaycan əsgərinin, Azərbaycan zabitinin vətənpərvərliyi, peşəkarlığı və döyüş məharəti qarşısında əlacsız olduqlarını etiraf etməli oldularHəmçinin qeyd olunub ki, ölkəmizin hər yerində olduğu kimi, Yevlaxda da şəhid ailələri, Qarabağ müharibəsi əlilləri, müharibə veteranları və digər həssas əhali qrupları lazımi qayğı ilə əhatə olunur, şəhidlərimizin xatirəsi daim əziz tutulur, onların adı əbədiləşdirilir. Vətən müharibəsi şəhidlərinin hər birinin ailə üzvlərinə baş çəkilir, onları narahat edən poblemlər dinlənilir. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 2020-ci il 3 dekabr tarixli Sərancamı ilə xalqımızın qüdrətinin və milli qürurumuzun təntənəsinə çevrilən, dövlətimizin nüfuzu və gələcək inkişafı baxımından müstəsna əhəmiyyət kəsb edən bu misilsiz qələbənin əbədiləşdirilməsi məqsədilə hər il noyabrın 8-i Azərbaycan Respublikasında Zəfər Günü kimi qeyd edilir. Şəhid ailələrinin üzvləri onların rifah halının yaxşılaşdırılmasına, bu kateqoriyadan olan vətəndaşlara göstərilən diqqət, qayğıya görə Möhtərəm Prezidentimiz, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevə və Birinci vitse-prezidentimiz, hörmətli Mehriban xanım Əliyevaya minnətdarlıqlarını ifadə edib, dövlət başçısının həyata keçirdiyi siyasi kursa birmənalı dəstək verdiklərini vurğulayıblar.

Keçidlər