Şriftin ölçüsü :

Saytın rəngi :

Yevlaxda 8 Noyabr-Zəfər Günü münasibətilə ağacəkmə aksiyası keçirilib

06 noyabr 2026 | 11:22
Yevlaxda 8 Noyabr-Zəfər Günü münasibətilə ağacəkmə aksiyası keçirilib
Yevlax Şəhər İcra Hakimiyyəti tərəfindən 44 günlük Vətən müharibəsində qazanılan Şanlı Qələbənin 6-cı ildönümü münasibətilə ərəfəsində rayonda silsilə tədbirlər həyata keçirilir. Keçirilən tədbirlərin davamı olaraq Şəhər İcra Hakimiyyətinin təşkilatçılığı ilə Yevlax şəhər Şəhidlər Xiyabanında ağacəkmə aksiyası təşkil olunub.
Ağacəkmə aksiyasında Yevlax Şəhər İcra Hakimiyyətinin Başçısı Anar Tağıyev, YAP Yevlax rayon təşkilatının sədri Rafiq Əliyev, rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri, şəhid ailələrinin üzvləri, qazilər, müharibə veteranları və ictimaiyyət nümayəndələri iştirak ediblər.
Aksiya çərçivəsində torpaqlarımızın işğaldan azad olunması və ərazi bütövlüyümüz uğrunda canlarını qurban verərək şəhidlik zirvəsinə ucalmış qəhrəman vətən övladlarının əziz xatirəsinin əbədiləşdirilməsi məqsədilə müxtəlif növ ağaclar və dekorativ bitkilər əkilib. Ərazidə əkilən və mövcud yaşıllıqlara qulluq göstərilib.
Keçidlər