Şriftin ölçüsü :

Saytın rəngi :

Yevlaxda “8 noyabr-Zəfər Günü” ilə əlaqədar silsilə tədbirlər davam etdirilir

02 noyabr 2022 | 17:28
Yevlaxda “8 noyabr-Zəfər Günü” ilə əlaqədar silsilə tədbirlər davam etdirilir
Zəfər Günü ərəfəsində Yevlax Şəhər İcra Hakimiyyətinin və Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Yevlax rayon şöbəsinin birgə təşkilatçılığı ilə B.Səfəroğlu adına Xalq Teatrının binasında Baş nazir Əli Əsədovun müvafiq sərəncamlarına əsasən “Vətən Müharibəsi iştirakçısı” medalları ilə təltif olunan bir qrup Vətən müharibəsi iştirakçısına medalların təqdimatı mərasimi keçirilib.
Tədbirdə Yevlax Şəhər İcra Hakimiyyətinin Başçısı Anar Tağıyev, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Yevlax rayon şöbəsinin rəisi Samir Qurbanov, bir sıra idarə və müəssisələrin rəhbərləri, Şəhid ailələrinin üzvləri, qazilər və müharibə veteranları iştirak edib.
Əvvəlcə Dövlət Himni səsləndirilib. Torpaqlarımızın ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə qəhrəmancasına həlak olmuş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbirdə çıxış edən Şəhər İcra Hakimiyyətinin başçısı Anar Tağıyev qeyd etdi ki, Vətən müharibəsində qazanılan möhtəşəm Qələbə tariximizin ən parlaq səhifəsidir. Möhtərəm Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin qətiyyətli mövqeyi, peşəkar rəhbərliyi və Azərbaycan Ordusunun rəşadəti əsrlərdir davam edən erməni vandalizminə son qoydu. Ermənistan ordusu döyüş meydanında cəmi 44 gün ərzində diz çökdü. Eyni zamanda bu möhtəşəm Zəfər Ermənistanın kapituliyasiya aktına imza atması ilə nəticələndi. Şəhidlərimiz əbədi Qələbə tarixini öz qanları ilə yazdılar. Azərbaycan xalqı Qarabağa və Qarabağ ətrafındakı dədə-baba yurdumuz olan torpaqlara qovuşdu. Ata-babalarımızın qoruyub bizə saxladığı əvəzsiz miras, başımızın tacı, ruhumuzun yelkəni Şuşa əsirlikdən azad olundu. Bu müqəddəs Zəfər yolunda Şəhid olan igidlərimizin ailələri, qazilər və veteranlar daim dövlətimizin xüsusi diqqət və qayğısı ilə əhatə olunur. Göstərilən diqqət və bu istiqamətdə həyata keçirlən tədbirlər dövlət siyasətində prioritet təşkil edir.Rayon rəhbəri təltif olunan müharibə iştirakçılarını səmimi-qəlbdən təbrik edib, Vətən müharibəsində Zəfər Salnaməsi yazan bütün qəhrəmanlarımızın xatirəsinin xalqımızın qəlbində əbədi yaşayacağını vurğuladı.
Çıxış edən Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Yevlax rayon şöbəsinin rəisi Samir Qurbanov bildirdi ki, Ermənistan uzun illər ərzində öz ordusu haqqında miflər yara¬dırdı. Aprel döyüşləri bu mifləri darmadağın etdi. 2016-cı il aprelin əvvəlində təmas xəttində işğalçı Ermənistanın Azərbaycana qarşı növbəti silahlı təxribatına qarşı həyata keçirilən hərbi əməliyyatlar bir daha göstərdi ki, Azərbaycan dövləti və xalqı işğalla heç bir za¬man barışmayacaq və torpaqlarını nəyin bahasına olursa-olsun, azad edəcək. 2020-ci ilin 27 sentyabr tarixində başlayan və 44 gün davam edən Vətən müharibəsində dövlətimizin başçısının Ali Baş Komandanlığı altında müzəffər Ordumuz tarixi qələbə qazandı. Mənfur düşmən isə torpaqlarımızdan qovuldu. Beləliklə, insan qanına susayan erməni vandalları layiq olduqları cəzanı aldılar.
Tədbir çərçivəsində Vətən müharibəsi iştirakçılarına medallar təqdim olunub.
Daha sonra B.Səfəroğlu adına Xalq teatrının əməkdaşları və şəhər 5 nömrəli tam orta məktəbinin şagirdləri “Zəfər Günü”nə həsr olunmuş ədəbi-bədii kompozisiya nümayiş etdiriblər.
Keçidlər