Şriftin ölçüsü :

Saytın rəngi :

Yevlaxda 8 Noyabr-Zəfər Günü ilə əlaqədar hərbi idman yarışı keçirilmişdir

07 noyabr 2025 | 16:40
Yevlaxda 8 Noyabr-Zəfər Günü ilə əlaqədar hərbi idman yarışı keçirilmişdir
Yevlaxda “Konstitusiya və Suverenlik İli” çərçivəsində Müzəffər Ali Baş Komandanımız cənab İlham Əliyevin rəhbərliyi altında 44 günlük Vətən müharibəsində qazanılmış Şanlı Zəfərin 5-ci ildönümü ilə əlaqədar olaraq silsilə tədbirlər keçirilmişdir.
Silsilə tədbirlərin davamı olaraq Yevlax Şəhər İcra Hakimiyyətinin,YAP Yevlax rayon təşkilatının, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Yevlax rayon şöbəsinin, Mərkəzi Aran Regional Gənclər və İdman İdarəsinin Yevlax rayonu üzrə gənclər və idman sektorunun və Mərkəzi Aran Regional Təhsil İdarəsinin Yevlax rayonu üzrə təhsil sektorunun birgə təşkilatçılığı ilə ümumrayon məktəbliləri arasında hərbi idman yarışı keçirilib. Gənclər sıra hazırlığı, darağa patronların doldurulması, istehkamda yerləşərək hədəfə qumbara atmaq , fiziki hazırlıq intellektual müsabiqə , 100 metr məsafəyə qaçış, avtomatın sökülüb-yığılması, turnikdə dartınma, mülki müdafiə və sanitariya yarışları kimi mərhələlərdə öz güclərini sınayıblar.
Tədbirin sonunda qalib gələn komandalar fəxri fərmanlarla təltif olunub.
Hərbi idman yarışında 1-ci yeri tutan “Salahlı kənd tam orta məktəbi” komandasına YAP Yevlax rayon təşkilatının, 2-ci yeri tutan “Yevlax şəhəri 5 nömrəli tam orta məktəb” komandasına Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Yevlax rayon şöbəsinin, 3-cü yerin tutan “Xaldan kənd kompleks tam orta məktəbi” komandasına isə Mərkəzi Aran Regional Gənclər və İdman İdarəsinin Yevlax rayonu üzrə gənclər və idman sektorunun fəxri fərmanları təqdim olunub.
Keçidlər