Şriftin ölçüsü :

Saytın rəngi :

Yevlaxda 8 Mart–Beynəlxalq Qadınlar Günü münasibətilə tədbir keçirilmişdir

07 mart 2025 | 16:32
Yevlaxda 8 Mart–Beynəlxalq Qadınlar Günü münasibətilə tədbir keçirilmişdir
Yevlax Şəhər İcra Hakimiyyətinin təşkilatçılığı ilə şəhərdəki “Hayat” restoranında 8 Mart Beynəlxalq Qadınlar Gününə həsr edilmiş tədbir keçirilmişdir. Tədbirdə Yevlax Şəhər İcra Hakimiyyəti Başçısının müavini - İctimai - siyasi və humanitar məsələlər şöbəsinin müdiri Elnarə Əzizova, rayonun idarə və müəssisələrinin qadın rəhbərləri, Şəhid anaları və rayonun ictimai-siyasi həyatında fəal iştirak edən qadınlar iştirak etmişlər.
Əvvəlcə tədbir iştirakçıları Xalqımızın Ümummilli Lideri Heydər Əliyevin və vətənimizin azadlığı,müstəqilliyi uğrunda canlarını qurban vermiş Şəhidlərimizin müqəddəs xatirəsini bir dəqiqəlik sükutla yad etmişlər.
Tədbirdə çıxış edən Yevlax Şəhər İcra Hakimiyyəti Başçısının müavini - İctimai - siyasi və humanitar məsələlər şöbəsinin müdiri Elnarə Əzizova, iştirakçıları salamlayaraq, 8 Mart-Beynəlxalq Qadınlar Günü münasibətilə bütün qadınları təbrik etmiş,fəaliyyətlərində uğurlar arzulamış, bildirmişdir ki, Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin diqqət və qayğısı sayəsində qadınların ölkənin ictimai-siyasi həyatına inteqrasiyası üçün əlverişli şərait yaradılmış, gender məsələlərinin həllində əhəmiyyətli dönüşə nail olunmuşdur. Bildirmişdir ki, Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandanımız cənab İlham Əliyevin rəhbərliyi altında dövlət quruculuğu proseslərində qadınların yaxından iştirakı, onların ölkənin ictimai-siyasi, sosial-iqtisadi və mədəni həyatındakı rolu daim diqqət mərkəzində saxlanılır. Natiq ölkəmizdə bütün sahələrdə qazanılan uğurlarda qadınların, xüsusilə Azərbaycan Respublikasının birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun Prezidenti hörmətli Mehriban xanım Əliyevanın danılmaz xidmətlərinin olduğunu diqqətə çatdırmışdır.
Çıxışının davamında Vətən Müharibəsindən danışan Elnarə Əzizova qeyd etmişdir ki, gənclərimizin dövlətçiliyimizə sədaqət ruhunda formalaşmaları üçün bütün qüvvəsini sərf edən Azərbaycan qadınlarının əməyi nəticəsində vətənpərvər ruhda tərbiyə olunan və Azərbaycan Ordusunun sıralarında xidmət edən rəşadətli hərbi qulluqçularımız Möhtrəm Prezidentimiz, Müzəffər Ali Baş Komandanımız cənab İlham Əliyevin “Dəmir Yumruğ”u ətrafında sıx birləşərək cəmi 44 gün ərzində düşməni məhv edib, doğma torpaqlarımızı düşmən tapdağından azad etmişdir.
Tədbirin gedişində Yevlax Şəhər İcra Hakimiyyətinin əməkdaşları tərəfindən şəhid analarına gül dəstələri təqdim olunmuşdur.
Şəhid atası Fərman Kazımov çıxışında qadınları təbrik edərək, onların tariximizdə oynadığı roldan, cəmiyyətimizin inkişafı üçün həyata keçirdikləri fəaliyyətdən danışmışdır.
Sonda rayonun ictimai-siyasi həyatında fəallıqları ilə fərqlənən bir qrup Yevlaxlı qadınlar Şəhər İcra Hakimiyyətinin Fəxri Fərmanları və hədiyyələri ilə mükafatlandırılmışlar.
Keçidlər