Şriftin ölçüsü :

Saytın rəngi :

Yevlaxda 600-dən çox bal toplayan məzunlarla görüş keçirilib

07 sentyabr 2022 | 16:07
Yevlaxda 600-dən çox bal toplayan məzunlarla görüş keçirilib
Görüşdə Yevlax Şəhər İcra Hakimiyyətinin Başçısı Anar Tağıyev, Mərkəzi Aran Regional Təhsil İdarəsinin müdiri Elçin Kərimov və təhsil işçiləri iştirak ediblər.
Tədbirdən öncə iştırakçılar Ümummilli Lider Heydər Əliyevin Şəhərin mərkəzindəki abidəsini ziyarət edib, Abidənin önünə güllər düzülərək Dahi Rəhbərin əziz ruhuna ehtiramlarını ifadə ediblər
Əvvəlcə Dövlət Himni səsləndi, sonra müasir Azərbaycanımızın qurucusu, Xalqımızın Ümummilli Lideri Heydər Əliyevin və ərazi bütövlüyümüz uğrunda canlarını fəda edən şəhidlərimizin əziz xatirəsini 1 dəqiqəlik sükutla yad edildi.
Şəhər rəhbəri çıxışında yüksək bal toplayan məzunları, onların müəllimlərini və ailə üzvlərini təbrik etdi, onlara gələcək işlərində uğurlar arzuladı. Həmçinin qeyd etdi ki, müstəqillilk yolunda addımlayan Azərbaycanın inkişafında təhsil önəmli yer tutur. Ulu Öndər Heydər Əliyev Azərbaycana rəhbərlik etdiyi hər iki tarixi dönəmdə təhsilin hərtərəfli inkişafına böyük önəm verirdi. Ümummilli Liderin təşəbbüsü və rəhbərliyi ilə ölkəmizdə milli təhsil konsepsiyası işlənilib hazırlanmış, onun uğurla həyata keçirilməsi təmin edilmişdır. Azərbaycan təhsilinin son yarım əsrdə qazandığı böyük uğurlar məhz Ulu Öndərin adı ilə bağlıdır. Dahi şəxsiyyətin bu müdrik siyasəti onun ən layiqli davamçısı, möhtərəm Prezidentimiz cənab İlham Əliyev tərəfindən yeni dövrün reallıqlarına uyğun olaraq davam və inkişaf etdirilir. Bu gün Azərbaycan dövlətinin, müdrik Prezidentimiz cənab İlham Əliyevin milli təhsilin inkişafına göstərdiyi böyük diqqət və qayğı öz bəhrəsini verməkdəir. Azərbaycan təhsili keyfiyyətcə yeni, daha yüksək səviyyəyə çatdıqca, ölkəmizin, xalqımızın tərəqqi və intibahı daha da sürətlənir. Azərbaycanda təhsil strategiyasının həyata keçirilməsinə Birinci Vitse Prezident hörmətli Mehriban xanım Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondu da öz töhfəsini verir. Belə ki, Mehriban Xanım Əliyevanın rəhbərliyi ilə Fond tərəfindən “Yeniləşən Azərbaycana yeni məktəb” proqramı, “Uşaq evləri və internat məktəblərinin inkişafı” proqramı, “Təhsilə dəstək”, ümumiyyətlə dövlət maraqları baxımından əhəmiyyətə malik bir sıra layihələr uğurla gerçəkləşdirilib. “Yeniləşən Azərbaycana yeni məktəb” proqramı həyata keçiriləndən sonra hətta respublikamızın ən ucqar regionlarında da zəruri avadanlıq və ləvazimatlarla təchiz olunmuş, müasir tələblərə cavab verən məktəblər tikilib istifadəyə verilir. Beləliklə, Azərbaycanda təhsilə qayğı ən yüksək səviyyədədir. Bu sahədə həyata keçirilən hər islahat, baş verən hər bir hadisə ilk növbədə Azərbaycanın parlaq gələcəyinə hesablanıb.
ŞİH Başçısı çıxışının sonunda bildirdi ki, 2021- 2022-ci tədris ilində Yevlax rayonu üzrə orta məktəbi bitirən 1082 məzundan 357 nəfər ali məktəblərə qəbul olunmuşlar. Onlardan 32 nəfəri 500-dən yuxarı və 13 nəfəri isə 600-dən yuxarı bal toplamışdır. Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı Cənab İlham Əliyevin rəhbərliyi ilə Ordumuzun 44 günlük Vətən müharibəsindəki şanlı qələbəsi sagirdlərimizdə hərbi sahəsinə marağı daha da artırmışdır. Son illər ərzində hərbi təhsil səviyyəsinin yüksəlməsinin nəticəsidir ki, məzunların ali hərbi məktəblərə qəbulunda hiss ediləcək dərəcədə artım özünü göstərir. Bu il rayon üzrə 12 nəfərin Cəmşid Naxçıvanski adına hərbi liseyə, 2 nəfərin Polis Akademiyasına, 2 nəfərin Dövlət Sərhəd Xidməti Akademiyasına, 4 nəfərin Fövqəladə Hallar Nazirliyinin Akademiyasına, 1 nəfərin Dövlət Təhlükəsizlik Xidmətinin Akademiyasına, 2 nəfərin Heydər Əliyev adına Azərbaycan Ali Hərbi məktəbə qəbul olmaları məzunların vətənpərvərlik hissinin yüksək olmasına,Möhtərəm Prezidentimiz, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə Şanlı Ordumuza olan inamının artmasına bariz nümunədir.
Sonra Mərkəzi Aran Regional Təhsil İdarəsinin müdiri Elçin Kərimov Yevlax təhsilinin uğurlarından danışaraq qeyd edib ki, Yevlax təhsilinin inkişaf ənənəsi bu il də uğurla davam edib. O tələbə adını qazanmış məzunları təbrik edərək, onlara gələcək həyatlarında və təhsillərində uğurlar arzulayıb, dövlətimizin daha da qüdrətlənməsi və inkişafı üçün təhsil alacaqları təhsil müəssisələrində biliklər əldə etmələrini tövsiyə edib.
Mərkəzi Aran Regional Təhsil İdarəsinin Yevlax Təhsil sektorunun müdiri Namidə Abbasova, 668 bal toplayaraq rayon üzrə ən yüksək nəticə göstərmiş rayonun Nəmirli kənd tam orta məktəbinin məzunu Əsmər Orucova,valideyinlər və müəllimlər gənclərin təhsil alması üçün ölkəmizdə yaradılan yüksək şəraitdən razılıqlarını bildirdilər, onlara yaradılan şəraitə, göstərilən diqqət və qayğıya görə Möhtərəm Prezidentimiz,Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevə və Birinci Vitse-Prezident hörmətli Mehriban Xanım Əliyevaya minnətdarlığını bildirdilər.
Yüksək bal toplayaraq tələbə adını qazanmış məzunlara Yevlax Şəhər İcra Hakimiyyəti təərəfindən Fəxri Fərman və qiymətli hədiyyələr təqdim edildi.
Keçidlər