Şriftin ölçüsü :

Saytın rəngi :

Yevlaxda 500-də artıq bal toplayaraq ali təhsil müəssisələrinə qəbul olmuş məzunlarla görüş keçirilmişdir

12 sentyabr 2025 | 12:09
Yevlaxda 500-də artıq bal toplayaraq ali təhsil müəssisələrinə qəbul olmuş məzunlarla görüş keçirilmişdir
“Konstitusiya və Suverenlik İli” çərçivəsində Yevlax Şəhər İcra Hakimiyyətində yüksək bal toplayaraq tələbə adını qazanmış rayon ümumtəhsil məktəblərinin məzunları ilə görüş keçirilmişdir. Görüşdə Yevlax Şəhər İcra Hakimiyyəti Başçısının müavini - İctimai - siyasi və humanitar məsələlər şöbəsinin müdiri Elnarə Əzizova, Mərkəzi Aran Regional Təhsil İdarəsinin Yevlax rayon üzrə təhsil sektorunun müdiri Namidə Abbasova, məktəb direktorları, iştirak etmişlər.
Görüşdə çıxış edən Yevlax Şəhər İcra Hakimiyyəti Başçısının müavini - İctimai - siyasi və humanitar məsələlər şöbəsinin müdiri Elnarə Əzizova ölkəmizdə təhsil sahəsinə göstərilən dövlət qayğısından danışmış, yüksək nəticə göstərən məzunları təbrik edərək, onlara gələcək həyatlarında nəaliyyətlər arzulamışdır.
Görüş zamanı çıxış edən rayonun ümumtəhsil məktəblərinin direktorları və 500-də artıq bal toplayan məzunlar bildirmişlər ki, Möhtərəm Prezidentimiz, Müəzəffər Ali Baş Komandanımız cənab İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə təhsil sahəsində həyata keçirilən islahatlar gəncləri yüksək təhsil almağa, gələcəkdə dövlətimizə və xalqımıza layiqli xidmət göstərməyə ruhlandırır.
Tədbirin gedişində qeyd olunmuşdur ki, bu il Yevlax rayonunun ümumtəhsil məktəblərini bitirən 1033 məzundan 622 nəfər ali məktəblərə sənəd vermiş, onlardan 354 nəfər müxtəlif ali təhsil müəssisələrinə daxil olmuş, 40 nəfər məzun 500-dən, 15 nəfər isə 600-dən yüksək bal toplamışlar.
Görüşdə iştirak edən 500-də artıq bal toplayaraq tələbə adını qazanmış məzunlar çıxış edərək fəal çalışmaqla yüksək biliklər qazanacaqlarını, Azərbaycanımızın adını daima zirvələrə daşımaq üçün çalışacaqlarını bildirmiş, təhsilə göstərilən diqqət, qayğıya görə Möhtərəm Prezidentimiz, Müzəffər Ali Baş Komandanımız cənab İlham Əliyevə və Birinci vitse-prezidentimiz hörmətli Mehriban xanım Əliyevaya minnətdarlıqlarını ifadə etmişlər.
Keçidlər