Şriftin ölçüsü :

Saytın rəngi :

Yevlaxda “5 mart-Bədən Tərbiyəsi və İdman Günü” münasibətilə tədbir keçirilib

05 mart 2023 | 16:30
Yevlax Şəhər İcra Hakimiyyətinin tövsiyəsi ilə Yevlax şəhər Gənclər və İdman İdarəsinin tərəfindən “5 mart-Bədən Tərbiyəsi və İdman Günü” münasibətilə tədbir keçirilib. Şəhərdə abadlaşdırılmış həyətlərdə sakinlərin xüsusən də gənclərin asudə vaxtlarının səmərəli keçirməsi üçün yeni idman qurğuları quraşdılıb.Keçirilən idman tədbirində müxtəlif idman növləri üzrə, müxtəlif çəki dərəcələrində fəaliyyət göstərən, ölkə və dünya səviyyəli yarışlarda iştirak etmiş idmançılar çıxışlar edərək öz bacarıqlarını nümayiş etdirmişlər.
Məlumat üçün bildirək ki, “5 mart-Bədən Tərbiyəsi və İdman Günü” ərəfəsində Yevlax rayonunda müxtəlif tədbirlər keçirilmişdir. Belə ki, idmanın kütləviliyini artırmaq, həmçinin rayon gənclərinin öz asudə vaxtlarını səmərəli keçirməsini və onların sağlam formada yetişməsini təmin etmək məqsədilə “İdmanın cüdo növü üzrə Yevlax rayon UGİM birinciliyi, “Taekvondo idman növü üzrə ustad dərsləri” “Məktəblilər arasında viktorina-bilik yarışı” adlı tədbirlərin keçirilmişdir.
1994-cü ildə Ulu öndər Heydər Əliyevin təşəbbüsü ilə Gənclər və İdman Nazirliyinin yaradılması məhz gənclər və idman sahəsinə göstərilən xüsusi qayğının bariz nümunəsidir.
Azərbaycanda Bədən Tərbiyəsi və İdman Gününün martın 5-də qeyd olunması təsadüfi deyil. 1995-ci il martın 5-də Ümummilli Lider Heydər Əliyev Bakı İdman Sarayında dünya və Avropa çempionatlarının qalibləri və mükafatçıları ilə görüşüb, İdman Fondunu təsis edib. Bununla da ölkəmizdə bədən tərbiyəsi və idmanın inkişafında yeni strategiyanın təməli qoyulub. 2006-cı ildə Prezident İlham Əliyevin Fərmanı ilə Gənclər və İdman Nazirliyi yenidən təşkil edilib.
1997-ci ildən Milli Olimpiya Komitəsinə rəhbərlik edən Prezident İlham Əliyevin ardıcıl səyləri, uğurlu idman siyasəti nəticəsində Azərbaycan dünyanın qabaqcıl idman ölkəsinə çevrilib. Ölkəmizdə idmana, bədən tərbiyəsinə diqqət ildən-ilə daha da artır. Dövlətimizin başçısının idmanı sevməsi, idmançılara xüsusi həssaslıqla yanaşması, onların peşəkarlıqlarının artırılmasına göstərdiyi davamlı qayğı, idmanın maddi-texniki bazasının möhkəmləndirilməsi, Olimpiya İdman komplekslərinin və idman bazalarının yaradılması haqqında qərarları buna əyani sübutdur.
Məlum olduğu kimi, Ölkə Prezidenti cənab İlham Əliyevin 2005-ci il 4 mart tarixli Sərəncamına əsasən hər ilin 5 mart tarixi Bədən Tərbiyəsi və İdman Günü kimi qeyd edilir. Ölkəmizdə idmanın inkişafı ildən-ilə daha geniş vüsət alır. Möhtərəm Prezidentin rəhbərliyi ilə ölkəmizdə idmanın kütləviliyinin təmin olunması və maddi-texniki bazanın möhkəmləndirilməsi istiqamətində mühüm tədbirlər həyata keçirilir. Yaradılan şəraitin nəticəsidir ki, idmançılarımızın beynəlxalq arenalarda müxtəlif əyarlarda qazandıqları medalların sayı ildən ilə artır.İndi Azərbaycan dünyada güclü idman ölkəsi kimi tanınır və bayrağımız yüksək zirvələrdə dalğalanır.
Keçidlər