Şriftin ölçüsü :

Saytın rəngi :

Yevlaxda 5-iyun Su Təsərrüfatı və Meliorasiya İşçilərinin Peşə bayramı günü münasibətilə tədbir keçirilib

05 iyun 2023 | 12:11
Tədbir iştirakçıları əvvəlcə Xalqımızın Umummilli Lideri Heydər Əliyevin Yevlax Şəhərinin mərkəzindəki abidəsini ziyarət edib, abidənin önünə gül-çiçək dəstələri düzüb, dahi rəhbərə öz ehtiramlarını bildiriblər.
Tədbirdə Yevlax Şəhər İcra Hakimiyyəti Başçısının müavini-Şəhər təsərrüfatı şöbəsinin müdiri İlqar Hüseynov Meliorasiya İşçilərini peşə bayramları münasibəti ilə təbrik edib, onlara işlərində uğurlar arzulayıb.
Xalqımızın ümummilli lideri Heydər Əliyev ideyalarının Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi nəticəsində digər sahələrdə olduğu kimi su təsərrüfatı sektorunda da böyük uğurlar qazanıldığını, əhalinin içməli su təchizatı və kanalizasiya xidmətlərindən istifadəsinin yaxşılaşdırılması üçün genişmiqyaslı işlər görüldüyünü, təxirəsalınmaz layihələr həyata keçirildiyini bildirib.
Qeyd edib ki, 1996-cı ildə Ulu Öndərimiz Heydər Əliyev tərəfindən “Meliorasiya və İrriqasiya haqqında” Qanunun imzalandığı 5 iyun tarixi ilə əlaqədar olaraq “Meliorator günü” peşə bayramının təsis edilməsi barədə 24 may 2007-ci il tarixli sərəncam imzalamışdır. Dövlət başçısı su təsərrüfatı və meliorasiya işçilərinin şərəfli əməyinə yüksək hörmət əlaməti olaraq onun miqyasını daha da genişləndirərək 5 iyun gününün “Su təsərrüfatı və meliorasiya işçiləri günü” peşə bayramı kimi qeyd olunması barədə 14 may 2014-cü il tarixli yeni sərəncam imzalayıb.
Tədbirdə qeyd edilib ki, dövlət tərəfindən su təsərrüfatı və meliorasiya işçilərinə göstərilən diqqət və qayğıdan söhbət açıblar. Bildirilib ki, Heydər Əliyev ideyalarının İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi nəticəsində digər sahələrdə olduğu kimi su təsərrüfatı sektorunda da böyük uğurlar qazanılıb, əhalinin içməli su təchizatı və əkin sahələrinin suvarma xidmətlərindən istifadəsinin yaxşılaşdırılması məqsədi ilə genişmiqyaslı işlər görülüb.
Tədbirin sonunda su təsərrüfatının inkişafında fəal iştirak edən bir qrup əməkdaşa Fəxri fərmanlar təqdim edilib.
Keçidlər