Şriftin ölçüsü :

Saytın rəngi :

Yevlaxda 5 iyun – “Su təsərrüfatı və meliorasiya işçiləri günü” peşə bayramı qeyd olunmuşdur

05 iyun 2025 | 14:59
Yevlaxda 5 iyun – “Su təsərrüfatı və meliorasiya işçiləri günü” peşə bayramı qeyd olunmuşdur
Yevlax Şəhər İcra Hakimiyyəti Başçısının birinci müavini Xaliq Əliyev, rayonda fəaliyyət göstərən Su təsərrüfatı və meliorasiya idarələri işçilərinin kollektivləri Xalqımızın Ümummilli Lideri Ulu Öndər Heydər Əliyevin Yevlax şəhərinin mərkəzində ucaldılmış abidəsini ziyarət edib, önünə gül-çiçək dəstələri düzmüş, dahi rəhbərin müqəddəs xatirəsinə öz ehtiramlarını bildirmişlər. Şəhər İcra Hakimiyyəti Başçısının birinci müavini Xaliq Əliyev su təsərrüfatı və meliorasiya işçilərini peşə bayramları münasibətilə təbrik edib, onlara işlərində uğurlar arzulayıb. Bildirib ki, Azərbaycanda su meliorasiya təsərrüfatının əsaslı inkişafı Ulu Öndər Heydər Əliyevin adı ilə bağlıdır. Son illər ölkə iqtisadiyyatının bütün sahələri kimi kənd təsərrüfatı da özünün keyfiyyətcə yeni yüksəliş mərhələsinə qədəm qoyub. Əkin dövriyyəsi genişlənib, məhsuldarlıq yüksəlib, sahəyə xidmət edən qurumlarla işgüzar, səmərəli əlaqələr formalaşıb. Bu baxımdan meliorasiya və su təsərrüfatı işçilərinin əkinçilərə göstərdikləri köməyin əhəmiyyəti və miqyası ildən-ilə artmağa başlayıb. Xalqımızın ümummilli lideri Heydər Əliyev ideyalarının Möhtərəm Prezident, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi nəticəsində digər sahələrdə olduğu kimi su təsərrüfatı sektorunda da böyük uğurlar qazanılmış,əhalinin içməli su təchizatının yaxşılaşdırılması məqsədilə də genişmiqyaslı işlər görülmüş, təxirəsalınmaz layihələr həyata keçirilmişdir. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin müvafiq Sərəncamı ilə 2014-cü ildən etibarən hər ilin iyun ayının 5-i “Su təsərrüfatı və meliorasiya işçiləri günü” peşə bayramı kimi qeyd olunur. Çıxış edən Su təsərrüfatı və meliorasiya işçiləri Möhtərəm Prezidentimiz Müzəffər Ali Baş Komandanımız cənab İlham Əliyevin diqqət və qayğısı sayəsində su təsərrüfatı və meliorasiya sahəsinin ilbəil inkişafından, müasirləşməsindən danışmış, fəaliyyətlərinə verilən yüksək qiymətə görə Ölkə Rəhbərliyinə öz minnətdarlıqlarını ifadə etmişlər.
Keçidlər