Şriftin ölçüsü :

Saytın rəngi :

Yevlaxda 5-İyun Su təsərrüfatı və meliorasiya işçiləri günü münasibətilə tədbir keçirilib

05 iyun 2024 | 12:49
Yevlaxda 5-İyun Su təsərrüfatı və meliorasiya işçiləri günü münasibətilə tədbir keçirilib
Tədbir iştirakçıları əvvəlcə Xalqımızın Ümummilli Lideri Heydər Əliyevin Yevlax Şəhərinin mərkəzindəki abidəsini ziyarət edib, abidənin önünə gül-çiçək dəstələri düzüb, dahi rəhbərə öz ehtiramlarını bildiriblər.
Tədbirdə Yevlax Şəhər İcra Hakimiyyəti Başçısının müavini-Şəhər təsərrüfatı şöbəsinin müdiri İlqar Hüseynov Meliorasiya İşçilərini peşə bayramları münasibəti ilə təbrik edib, onlara işlərində uğurlar arzulayıb.
5 iyun - bu tarix ölkənin su təsərrüfatı və meliorasiya işçiləri üçün olduqca əlamətdar gündür. Hər il həmin gün onlar böyük fərəh və sevinc hissi ilə öz peşə bayramlarını qeyd edirlər.
Müstəqil Dövlətlər Birliyi ölkələri arasında ilk dəfə olaraq müstəqil Azərbaycanda 1996-cı il iyunun 5-də Ulu Öndər Heydər Əliyev tərəfindən “Meliorasiya və irriqasiya haqqında” Qanunu imzalanıb. Möhtərəm Prezidentimiz İlham Əliyev su təsərrüfatı və meliorasiyanın respublikamızın iqtisadiyyatında, regionların sosial-iqtisadi inkişafında, ölkənin su və ərzaq təhlükəsizliyinin təminatındakı rolunu nəzərə alaraq 2007-ci il mayın 24-də imzaladığı Sərəncamla 5 iyun - “Meliorator günü” peşə bayramını təsis edib. Dövlətimizin başçısı su təsərrüfatı və meliorasiya işçilərinin şərəfli əməyinə yüksək hörmət əlaməti olaraq onun miqyasını daha da genişləndirərək 5 iyun gününün “Su təsərrüfatı və meliorasiya işçiləri günü” peşə bayramı olaraq qeyd olunması barədə 2014-cü il 14 may tarixli yeni Sərəncam imzalayıb. Bu Sərəncamın imzalanması su təsərrüfatı və meliorasiya işçiləri tərəfindən böyük coşqu və minnətdarlıqla qarşılanıb, onları öz gərgin və şərəfli işlərinə daha da həvəsləndirib. Xalqımızın Ümummilli Lideri, müasir müstəqil Azərbaycan dövlətinin banisi və qurucusu Heydər Əliyevin müəyyən etdiyi siyasi kursa uyğun olaraq Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən məqsədyönlü dövlət siyasətinin həyata keçirilməsi, dövrün tələblərinə uyğun sistemli islahatların aparılması, ictimai-siyasi, sosial-iqtisadi həyatda mütərəqqi dəyişikliklərin edilməsi, onun qətiyyətli addımları, səriştəli idarəçiliyi nəticəsində ölkənin dayanıqlı inkişaf dinamikasına nail olunub, idarəetmə mexanizmi mütəmadi olaraq təkmilləşdirilib, səmərəli dövlət idarəçiliyinin, təhlükəsizliyinin, sabitliyin gücləndirilməsi ilə bağlı vaxtında görülən tədbirlər müstəqilliyimizin daha da möhkəmləndirilməsini, dövlətimizin qüdrətinin artmasını, xalqımızın əmin-amanlığının və rifah halının yüksəlməsini təmin edib.
Tədbirdə qeyd edilib ki, dövlət tərəfindən su təsərrüfatı və meliorasiya işçilərinə göstərilən diqqət və qayğıdan söhbət açıblar. Bildirilib ki,Ulu Öndər Heydər Əliyevin ideyalarının Möhtərəm Prezidentimiz, Müzəffər Ali Baş Komandanımız cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi nəticəsində digər sahələrdə olduğu kimi su təsərrüfatı sektorunda da böyük uğurlar qazanılıb, əhalinin içməli su təchizatı və əkin sahələrinin suvarma xidmətlərindən istifadəsinin yaxşılaşdırılması məqsədi ilə genişmiqyaslı işlər görülüb.
Tədbirin sonunda su təsərrüfatının inkişafında fəal iştirak edən bir qrup əməkdaşa Fəxri fərmanlar təqdim edilib.
Keçidlər