Şriftin ölçüsü :

Saytın rəngi :

Yevlaxda 31 Mart-Soyqırımı qurbanlarının xatirəsi böyük ehtiramla anılmışdır

31 mart 2026 | 17:15
Yevlaxda 31 Mart-Soyqırımı qurbanlarının xatirəsi böyük ehtiramla anılmışdır
Yevlax Şəhər İcra Hakimiyyəti tərəfindən şəhər Şəhidlər Xiyabanında 31 Mart-Azərbaycanlıların Soyqırımı qurbanların xatirəsinə həsr olunmuş anım mərasim təşkil olunmuşdur.
Mərasimdə Yevlax Şəhər İcra Hakimiyyəti Başçısı Aparatının əməkdaşları, YAP Yevlax rayon təşkilatının, rayonun hüquq-mühafizə orqanlarının və idarə müəssisələrin rəhbərliyi, əməkdaşları iştirak etmişlər.
Anım mərasimi zamanı iştirakçılar Yevlax Şəhər Şəhidlər Xiyabanında 31 Mart-Azərbaycanlıların Soyqırımı abidəsini ziyarət etmiş, abidənin önünə gül dəstələri qoyaraq, onların əziz xatirələrinə öz ehtiramlarını bildirmişlər.
Keçidlər