Yevlaxda 31 Dekabr Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni İl münasibətilə konsert proqramı təşkil edilmişdir
25 dekabr 2024 | 10:43
Yevlaxda 31 Dekabr Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni İl münasibətilə konsert proqramı təşkil edilmişdir
Yevlax Şəhər İcra Hakimiyyətinin təşkilatçılığı ilə 31 Dekabr Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə bayram konserti təşkil olunmuşdur.
Bayram konsertində Yevlax Şəhər İcra Hakimiyyətinin Başçısı Anar Tağıyev, Milli Məclisin deputatı İlham Məmmədov, rayonun hüquq mühafizə orqanlarının, idarə təşkilatların, təhsil, səhiyyə və mədəniyyət müəssisələrinin kollektivləri,rəhbərləri, rayon ictimaiyyətinin nümayəndələri, şəhid ailələrinin üzvləri, qazilər, veteranlar, ziyalılar və sakinlər iştirak etmişlər.
Konsertdə Xalqımızın Ümumilli Lideri Heydər Əliyevin rəhbərliyi və təşəbbüsü ilə bu günün təsis edilməsindən, Ulu Öndərin Dünya Azərbaycanlılarının Həmrəyliyinə verdiyi önəmdən bəhs edilib.
O da vurğulanıb ki, Ulu Öndərin əsasını qoyduğu Ölkəmizin xoşbəxt gələcəyinə hesablanmış məqsədyönlü siyasət bu gün Möhtərəm Prezidentimiz, Müzəffər Ali Baş Komandanımız cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Möhtərəm Prezidentimizin rəhbərliyi altında Ana yurdumuz Azərbaycanın ərazi bütövlüyü, suverenliyi tam bərpa olunub, dünya Azərbaycanlıları öz həmrəyliyini daha qururla, daha şövqlə , qalib Xalqın qalib nümayəndələri kimi qeyd edirlər.
Tanınmış müğənni Damla və yerli öz fəaliyyət kollektivlərinin , musiqiçilərin bir-birindən maraqlı ifaları, Yeni ilin personajları olan Şaxta baba və Qar qızın uşaqlarla birgə əylənib, rəqs etməsi sakinlər tərəfindən böyük çoşqu və sevgi ilə qarşılanmışdır.