Yevlaxda 31 Dekabr-Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə gənclərlə musiqili-əyləncəli görüş keçirilib
31 dekabr 2025 | 15:32
Yevlaxda 31 Dekabr-Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə gənclərlə musiqili-əyləncəli görüş keçirilib
Yevlax Şəhər İcra Hakimiyyətinin təşkilatçılığı ilə 31 Dekabr-Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramına həsr olunmuş silsilə tədbirlər, görüşlər keçirilib.
Yevlax Şəhər İcra Hakimiyyətinin təşkilatçılığı, Yevlax rayonu üzrə gənclər və idman sektorunun, Yevlax Şəhər Mədəniyyət Mərkəzinin, Mədəniyyət İşçilər Həçkarlar İttifaqının Yevlax rayon komitəsinin, “Yevlax Gənclər Evi” Sosial Xidmət Müəssisəsinin və Gənclərin İnkişaf və Karyera Mərkəzinin Mərkəzi Aran regional nümayəndəliyinin dəstəyi ilə "Yeni il-yeni hədəflər" adlı növbəti musiqili-əyləncəli görüş Yevlax Gənclər Məkanında keçirilib.
Musiqili-əyləncəli görüşdə Yevlax Şəhər İcra Hakimiyyəti Başçısı Aparatının məsul şəxsləri, Yevlax Rayonu üzrə Gənclər və İdman sektorunun, Mədəniyyət İşçiləri Həmkarlar İttifaqının Yevlax Rayon Komitəsinin, Yevlax Şəhər Mədəniyyət Mərkəzinin, Yevlax Heydər Əliyev Mərkəzinin, “Yevlax Gənclər evi” Sosial Xidmət Müəssisəsinin, Gənclərin İnkişaf və Karyera Mərkəzi Aran Regional nümayəndəliyinin rəhbərləri və gənclər iştirak ediblər.
Çıxışlarda Dünya Azərbaycanlılarının Həmrəyliyi Gününün tarixi əhəmiyyəti, Ulu Öndər Heydər Əliyevin əsasını qoyduğu azərbaycançılıq ideyaları, milli birlik və həmrəylik dəyərləri vurğulanıb, Möhtərəm Prezident, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın dövlət suverenliyinin tam təmin edildiyi və xalqımızın tarixi Zəfərin qürurunu yaşadığı qeyd olunub. Gəncləri 31 Dekabr-Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramı münasibətilə səmimi-qəlbdən təbrik edərək, onlara sağlamlıq, uğur və parlaq gələcək arzu ediblər. Görüşə maraqlı intellektual yarış keçirilmişdir.
Yeni ilin əsas personajları olan Şaxta baba və Qar qız tədbirə xüsusi rəng qatıb, xüsusi bayram əhval-ruhiyyəsi yaradıb və tədbirin ən yaddaqalan məqamlarından biri olub. Musiqi sədaları altında davam edən bayram şənliyində gənclər böyük sevinc yaşayıblar. Daha sonra görüş şən musiqilər və rəqslərlə davam edib.
Sonda bir qrup gənclər Diplom və Təşəkkürnamələrlə təltif olunub.






