Yevlaxda 31 Dekabr Dünya Azərbaycanlılarının Həmrəyliyi günü və Yeni il bayramı münasibətilə şəhid ailələrinə ərzaq bağlamaları təqdim edilmişdir
28 dekabr 2024 | 18:03
Yevlaxda 31 Dekabr Dünya Azərbaycanlılarının Həmrəyliyi günü və Yeni il bayramı münasibətilə şəhid ailələrinə ərzaq bağlamaları təqdim edilmişdir
Yevlaxda 31 Dekabr Dünya Azərbaycanlılarının Həmrəyliyi günü və Yenil il bayramı münasibətilə “PAŞA Holding”, “Paşa Sığorta”, “Regional İnkişaf” İctimai Birliyi və “Bravo” supermarketlər şəbəkəsi tərəfindən “Vətən əmanətlərin keşiyindədir” layihəsi çərçivəsində Yevlax rayonunda 18 yaşadək övladları olan Şəhid ailələrinə bayram sovqatları təqdim olunmuşdur.
Şəhid ailələri onlara göstərilən diqqət və qayğıya görə Ölkə Başçısı, Müzəffər Ali Baş Komandanımız cənab İlham Əliyevə və Birinci vitse-prezidentimiz hörmətli Mehriban xanım Əliyevaya öz minnətdarlıqlarını bildirmişlər.