Şriftin ölçüsü :

Saytın rəngi :

Yevlaxda 3 Dekabr - Beynəlxalq Əlillər Günü münasibətilə tədbir keçirilmişdir

03 dekabr 2024 | 16:22
Yevlaxda 3 Dekabr - Beynəlxalq Əlillər Günü münasibətilə tədbir keçirilmişdir
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin Yevlax Reabilitasiya Mərkəzində keçirilən tədbirdə Yevlax Şəhər İcra Hakimiyyəti Başçısının müavini-İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Elnarə Əzizova, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin Yevlax Reabilitasiya Mərkəzinin direktoru Habil Vəliyev, B.Səfəroğlu adına Xalq Teatrının direktoru Zöhrə Adgözəlova, Birinci Qarabağ və Vətən müharibəsi əlilləri, Yevlax Reabilitasiya Mərkəzində müalicə alan fiziki sağlamlığı məhdud şəxslər və mədəniyyət işçiləri iştirak etmişlər.
Yevlax Şəhər İcra Hakimiyyətinin və Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin Yevlax Reabilitasiya Mərkəzinin birgə təşkilatçılığı ilə keçirilən tədbiri açıq elan edən Şəhər İcra Hakimiyyəti Başçısının müavini-İctimai siyasi və humanitar məsələlər şöbəsinin müdiri Elnarə Əzizova bildirmişdir ki, 1992-ci ildən Birləşmiş Millətlər Təşkilatının təşəbbüsü ilə təsis olunmuş Beynəlxalq Əlillər gününün ölkəmizdə qeyd olunması Ulu Öndər Heydər Əliyevin əlillərə göstərilən yüksək qayğısının nəticəsidir. Beynəlxalq Əlillər gününün qeyd olunmasında əsas məqsəd ictimaiyyətin diqqətini əlillərin problemlərinə yönəltməklə onların ehtiyaclarını, tələblərini yerinə yetirmək, onlara maddi və mənəvi dəstək göstərməkdir. Bu gün əlillər üçün tikilən yaşayış kompleksləri, sağlamlıq mərkəzləri və həmçinin sosial müavinət məbləğlərinin artırılması Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin əlillərə olan diqqətinin bariz nümunəsidir.
Həmçinin E.Əzizova qeyd edib ki, 44 günlük Vətən müharibəsində Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin rəhbərliyi altında müzəffər Azərbaycan Ordusu işğal altındakı torpaqlarımızı azad etdi, bu möhtəşəm qələbə şəhidlərimizin qanı, canı bahasına əldə edildi. Ölkəmizin ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə yaralanmış hərbi qulluqçulara yüksək səviyyədə tibbi xidmət göstərildi. Əlilliyi olan şəxslər üçün cənab Prezidentin tapşırığına əsasən hər cür şərait yaradılmış, onların qaldırdığı problemlərin həllinə daim diqqət göstərilmişdir.
Daha sonra çıxış edən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin Yevlax Reabilitasiya Mərkəzinin direktoru Habil Vəliyev dövlətimizin və şəxsən ölkə başçısı cənab İlham Əliyevin əlil vətəndaşlara göstərdiyi diqqət və qayğıdan, bu istiqamətdə Yevlax rayonunda həyata keçirilən işlərdən danışmışdır. Habil Vəliyev bildirmişdir ki, əlil vətəndaşlara və xüsusilə də əlil uşaqlara diqqət və qayğı cəmiyyətimizin hər bir üzvünün borcudur. Bununla əlaqədar əlillərlə bağlı müxtəlif tədbirlərin həyata keçirilməsi dövlət tərəfindən hər zaman diqqət mərkəzində saxlanılır.
Keçidlər