Şriftin ölçüsü :

Saytın rəngi :

Yevlaxda 3 dekabr – Beynəlxalq Əlillər Günü münasibətilə tədbir keçirilib

04 dekabr 2022 | 08:46
Tədbirdə çıxış edən Şəhər İcra Hakimiyyəti Başçısı aparatının İctimai siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini Hümbət Əhmədov BMT tərəfindən təsis olunan və dekabrın 3-də bütün dünyada keçirilən Beynəlxalq Əlillər Gününün ulu öndər Heydər Əliyevin müvafiq Sərəncamına əsasən 1994-cü ildən Azərbaycanda da hər il qeyd edildiyini diqqətə çatdırıb. Belə tədbirlərin məqsəd və əhəmiyyətindən, əlilliyi olan insanların cəmiyyətdəki mövqelərinin daha da möhkəmlənməsi istiqamətində Yevlaxda görülən işlərdən söz açıb, bütün bu işlərin təməlində insan amilinin dayandığını bildirib. Əlillərin sosial müdafiəyə, mənəvi dəstəyə, humanist münasibətə ehtiyacı olduğunu söyləyən natiq, Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin müvafiq Fərman və Sərəncamlarına əsasən bu qəbildən olan insanların sosial rifahının yüksəldilməsi istiqamətində mühüm addımlar atıldığını, bu insanların sosial təminatının ildən-ilə daha da yaxşılaşdırıldığını, müxtəlif ölkələrdə dövlət vəsaiti hesabına müalicə və bərpa kursları keçdiklərini söyləyib. Birinci Vitse-Prezident hörmətli Mehriban xanım Əliyevanın daim diqqət yetirdiyi əsas məsələlərdən biri də məhz bu qəbildən olan insanların sosial problemlərinin həlli, mənzil şəraitinin daha da yaxşılaşdırılması olduğunu qeyd edib. Ölkəmizdə əlillərin hüquqlarının qorunmasının ən ümdə məsələlərdən biri olduğunu qeyd edərək, əlillərə dövlət qayğısının ildən-ilə artdığını, fiziki qüsurlu insanların cəmiyyətə inteqrasiyasında və bacarıqlarının üzə çıxarılmasında önəmli addımların atıldığını, əlil uşaqların təhsil almaları üçün xüsusi təhsil müəssisələri və internat məktəblərinin yaradıldığını, onların əməklə məşğul olmaları üçün xüsusi iş yerlərinin açıldığını bildirib.
Tədbirdə çıxış edən əlillər onlara göstərilən diqqətə və qayğıya görə, ölkə Başçısı cənab İlham Əliyevə,Birinci Vitse-Prezident hörmətli Mehriban xanım Əliyevaya öz minnətdarlıqlarını bildiriblər.
Keçidlər