Şriftin ölçüsü :

Saytın rəngi :

Yevlaxda 28 May-Müstəqillik Gününə həsr olunmuş tədbir keçirilib

25 may 2026 | 19:43
Yevlaxda 28 May-Müstəqillik Gününə həsr olunmuş tədbir keçirilib
Yevlax şəhər M.Ə.Sabir adına 2 nömrəli tam orta ümumtəhsil məktəbdə 28 May– Müstəqillik Gününə həsr edilmiş tədbir keçirilib.
Tədbirdə Yevlax Şəhər İcra Hakimiyyəti Başçısı aparatının məsul əməkdaşı Nərmin Fərzəliyeva, Yevlax şəhər M.Ə.Sabir adına 2 nömrəli tam orta ümumtəhsil məktəbin direktoru Sədaqət Şükürova, məktəbin müəllim kollektivi, valideynlər və şagirdlər iştirak ediblər.
Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, Xalqımızın Ümummilli Lideri Heydər Əliyevin və vətənimizin azadlığı uğrunda canlarını qurban vermiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Daha sonra Yevlax şəhər M.Ə.Sabir adına 2 nömrəli tam orta ümumtəhsil məktəbin şagirdlərinin ifasında vətənpərvərlik mövzusunda şeirlər, ədəbi-bədii kompozisiyalar və musiqi nömrələri nümayiş etdirilib.
Keçidlər