Şriftin ölçüsü :

Saytın rəngi :

Yevlaxda 28 May-Müstəqillik Günü qeyd edilmişdir

28 may 2024 | 12:24
Yevlaxda 28 May-Müstəqillik Günü qeyd edilmişdir
Yevlaxda Şəhər İcra Hakimiyyətinin Başçısı Anar Tağıyev və aparatın kollektivi 28 May Müstəqillik Günü münasibətilə Yevlax Şəhər Şəhidlər Xiyabanını ziyarət etmiş, Şəhidlərimizin xatirəsinə inşa edilmiş abidənin önünə güllər düzərək, müqəddəs xatirələrinə öz ehtiramlarını bildirmişlər.
Ziyarət çərçivəsində Şəhər rəhbəri ölkəmizin ərazi bütövlüyü uğrunda şəhidlik zirvəsinə ucalan qəhrəman vətən övladlarının ailə üzvləri ilə görüşərək onlarla söhbət etmişdir. Görüşdə Şəhər İcra Hakimiyyətinin Başçısı Anar Tağıyev 1918-ci il mayın 28-də Azərbaycan Xalq Cümhuriyyətinin Milli Şurası İstiqlal Bəyannaməsini imzalamaqla Azərbaycanın müstəqilliyini dünyaya bəyan etdiyini, Azərbaycan Xalq Cümhuriyyəti Türk və İslam dünyasında ilk parlamentli respublika və demokratik, hüquqi və dünyəvi dövlət nümunəsi olduğunu, cəmi 23 ay mövcud olmasına baxmayaraq müsəlman Şərqində demokratiya ənənələrinin formalaşmasına əhəmiyyətli təsir göstərdiyini bildirmişdir.Həmçinin qeyd etmişdir ki,bu gün Azərbaycanın dövlət müstəqilliyi haqqında Konstitusiya aktından danışarkən mütləq vurğulamaq lazımdır ki, həmin müstəqillik aktı Azərbaycanın 1918-ci ildə mövcud olmuş Xalq Cümhuriyyətinin bərpasıdır.
Şəhər rəhbəri vurğulayıb ki, Ümummilli Lider Heydər Əliyevin siyasi irsinin davamçısı, Prezident İlham Əliyev öz fəaliyyəti ilə Azərbaycanın müstəqillik dayaqlarını daha da möhkəmlənib. Bu gün artıq ərazi bütövlüyümüz və suverenliyimiz bərpa olunub. Üçrəngli bayrağımız dövlətimizin gücünün və xalqımızın milli birliyinin nişanəsi kimi bütöv Azərbaycanda, dünyanın ən nüfuzlu beynəlxalq təşkilatlarında, mötəbər mərasimlərdə, ən yüksək zirvələrdə dalğalanır.Müzəffər Ali Baş Komandanımızın qətiyyətli siyasəti, güclü iradəsi nəticəsində müstəqil dövlətimiz daha da gücləndi və 30 il düşmən işğalı altında qalan torpaqlarımız azad olundu. 2023-cü ilin sentyabr ayında həyata keçirilən antiterror tədbirləri ilə Xankəndidəki son separatçılar ağ bayraq qaldırmağa məcbur edildi və bununla da dövlətimizin ərazi bütövlüyü, suverenliyimiz tam bərqərar oldu. İndi hər bir Azərbaycanlı qalib Ölkənin qalib vətəndaşı adını daşımaqdan qurur duyur.
Şəhər İcra Hakimiyyətinin Başçısı Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin və Birinci vitse-prezident hörmətli Mehriban xanım Əliyevanın tapşırığı ilə dövlət tərəfindən şəhid ailələri, müharibə əlilləri və qazilərin sosial müdafiəsinin daha da gücləndirilməsi istiqamətində mühüm tədbirlər həyata keçirildiyini və bu istiqamətdə həyata keçirilən tədbirlər sistemli və ardıcıl xarakter daşıdığını bildirmişdir.
Şəhidlərin ailə üzvləri onlara daim qayğı ilə yanaşan Ölkə Başçımız, Müzəffər Ali Baş Komandanımız cənab İlham Əliyevə və Birinci vitse-prezidentimiz hörmətli Mehriban xanım Əliyevaya öz minnətdarlıqlarını bildirmişlər.
Keçidlər