Yevlaxda 28 May-Müstəqillik Günü münasibətilə tədbir keçirilmişdir
27 may 2025 | 16:50
Yevlaxda 28 May-Müstəqillik Günü münasibətilə tədbir keçirilmişdir
Yevlax Şəhər İcra Hakimiyyətinin,Mərkəzi Aran Regional Təhsil İdarəsinin Yevlax rayonu üzrə Təhsil sektorunun təşkilatçılığı ilə rayonun Xaldan kənd kompleks tam orta məktəbində 28 May-Mütsəqillik Günü münasibətilə tədbir keçirilmişdir. Tədbirdə Yevlax Şəhər İcra Hakimiyyəti Başçısının müavini-ictimai siyasi və humanitar məsələlər şöbəsinin müdiri Elnarə Əzizova, Mərkəzi Aran Regional Təhsil İdarəsinin Yevlax rayonu üzrə Təhsil sektorunun müdiri Namidə Abbasova, Xaldan kənd kompleks tam orta məktəbin direktoru Günel Yusifzadə və məktəbin müəllim, şagird heyəti iştirak etmişdir.
Azərbaycanın Dövlət Himni səsləndirildilmiş,müstəqilliyimiz və ərazi bütövlüyümüz uğrunda canlarını fəda etmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir.
Yevlax Şəhər İcra Hakimiyyəti Başçısının müavini, ictimai siyasi və humanitar məsələlər şöbəsinin müdiri Elnarə Əzizova çıxışında bildirmişdir ki, Azərbaycan Xalq Cümhuriyyətinin yaradılması milli dövlətçilik tariximizin parlaq səhifələrindən biridir. 1918-ci il mayın 28-də müsəlman Şərqində ilk demokratik respublikanın elan edilməsi imperiya əsarətində ağır məşəqqətlərə məruz qalmış xalqımızın milli-azadlıq mübarizəsinin qanunauyğun nəticəsi, dərin tarixi kökləri olan milli dövlətçilik ənənələrimizin davamı idi. Qarşısına müstəqil, azad və demokratik respublika olmaq kimi ülvi məqsəd qoymuş milli hökumət cəmi 23 aylıq fəaliyyəti dövründə xalqın milli mənlik şüurunu özünə qaytarıb, onun öz müqəddəratını təyin etməyə qadir olduğunu əyani şəkildə bütün dünyaya nümayiş etdirib. O, Ulu Öndər Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra ölkədə ictimai-siyasi sabitliyin bərqərar edildiyini və dövlətçiliyimizin möhkəmləndirildiyini bildirib. Bu siyasətin Prezident İlham Əliyev tərəfindən müasir dövrün tələblərinə uyğun uğurla davam etdirildiyini vurğulayıb.
Yevlax rayonu üzrə Təhsil sektorunun müdiri Namidə Abbasova çıxışında qeyd edib ki, yenidən müstəqilliyinə qovuşmuş Azərbaycan bu gün qüdrətli dövlətə, dünyada söz və nüfuz sahibinə çevrilib. Məhz xalqın təkidi və tələbi ilə ikinci dəfə hakimiyyətə qayıdan Ümummilli Lider Heydər Əliyevin səyi nəticəsində Azərbaycan parçalanmaqdan xilas olub, dövlətçilik ənənələrinin qorunması üçün qətiyyətli tədbirlər görülüb, ölkədə davamlı ictimai-siyasi sabitlik bərqərar edilib. Ulu Öndərin əsasını qoyduğu siyasətin Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyi, Müzəffər Ali Baş Komandanın müdrik rəhbərliyi altında ölkəmizin suverenliyinin, ərazi bütövlüyünün tam bərpa olunduğu diqqətə çatdırılıb.
Digər çıxış edənlər Azərbaycan Xalq Cümhuriyyətinin tariximizdəki yeri və rolundan bəhs ediblər.
Çıxışlardan sonra Xaldan kənd kompleks tam orta məktəbin şagirdlərinin ifasında milli və vətənpərpər ruhlu şeirlər,mahnılar səsləndirilmiş, rəqslər nümayiş etdirilmişdir.