Şriftin ölçüsü :

Saytın rəngi :

Yevlaxda 28 May-Müstəqillik Günü münasibətilə konsert proqramı təşkil olunmuşdur

28 may 2024 | 13:55
Yevlaxda 28 May-Müstəqillik Günü münasibətilə konsert proqramı təşkil olunmuşdur
Yevlaxda 28 May-Müstəqillik Günü münasibətilə silsilə tədbirlər davam etdirilir. Tədbirlərin davam olaraq Yevlax Şəhər İcra Hakimiyyəti, YAP Yevlax rayon təşkilatı və Yevlax Şəhər Mədəniyyət Mərkəzi tərəfindən Yevlax Şəhərindəki Heydər Əliyev Xiyabanında Xaldan Uşaq Musiqi məktəbinin və Yevlax Şəhər Mədəniyyət Mərkəzinin solistlərinin iştirakı ilə konsert proqramı təşkil edilmişdir. Konsertdə Yevlax Şəhər İcra Hakimiyyətinin Başçısının müavini, İctimai siyasi və humanitar məsələlər şöbəsinin müdiri Elnarə Əzizova, YAP Yevlax rayon təşkilatının sədri Rafiq Əliyev, Yevlax şəhər Mədəniyyət Mərkəzinin direktoru Aygün Qasımova, təhsil müəssisələrinin, idarə, təşkilatların rəhbərləri, eləcə də ziyalılar və gənclər iştirak etmişlər.
Konsert iştirakçıları həmçinin Yevlax şəhər Uşaq Gənclər İnkişaf Mərkəzi tərəfindən hazırlanmış əl işləri və rəsmlərdən ibarət sərgiya tamaşa etmişlər.
Keçidlər