Yevlaxda 28 mart - Dövlət təhlükəsizliyi və xarici kəşfiyyat orqanları işçilərinin peşə bayramı günü qeyd olundu
28 mart 2024 | 16:51
Yevlaxda 28 mart - Dövlət təhlükəsizliyi və xarici kəşfiyyat orqanları işçilərinin peşə bayramı günü qeyd olundu
Tədbirdə Yevlax Şəhər İcra Hakimiyyətinin Başçısının birinci müavini Xaliq Əliyev, DTX-nin Yevlax Şəhər şöbəsinin rəisi İlqar Bağırov, Şöbənin kollektivi, rayonun hüquq mühafizə orqanlarının rəhbərləri iştirak etmişdir.
Tədbir iştirakçıları əvvəlcə Xalqımızın Ümummilli Lideri Heydər Əliyevin Şəhərin mərkəzindəki abidəsinin önünə tər çiçəklər düzərək,Ulu Öndərin əziz xatirəsinə öz ehtiramlarını bildirdilər.
Şəhər İcra Hakimiyyətinin Başçısının birinci müavini Xaliq Əliyev, Rayon Prokuroru Ceyhun Almasov, rayon Polis Şöbəsinin rəisi, polis polkovniki Rüstəm Cəfərov,rayon Məhkəməsinin sədri Toğrul Əli, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Yevlax rayon Şöbəsinin rəisi Samir Qurbanov çıxışlarında şöbənin əməkdaşlarını təbrik edərək, ömrünün 25 ilini dövlət təhlükəsizlik orqanlarında xidmətə həsr etmiş Xalqımızın Ümummilli Lideri Heydər Əliyevin 1997-ci il mart ayının 23-də imzaladığı Sərəncamla hər il martın 28-i təhlükəsizlik orqanları əməkdaşlarının peşə bayramı günü kimi qeyd olunduğunu bildirdilər.Möhtərəm Prezidentimiz, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi altında dövlətçiliyimizin, milli maraqlarımızın etibarlı şəkildə qorunması və təhlükəsizlik sahəsində görülən işlərin nəticəsində Ölkəmizin hazırda dünyada ən sabit ölkələrdən birinə çevrilməsində, xalqımızın milli maraq və mənafelərinin, təhlükəsizliyin, ölkəmizdə sabitliyin və əmin-amanlığın qorunmasında Xidmətin xüsusi rol oynadığı qeyd etdilər.