Şriftin ölçüsü :

Saytın rəngi :

Yevlaxda 27 Sentyabr-Anım Gününə həsr olunmuş “Vətən sağ olsun” adlı ədəbi-bədii kompozisiya nümayiş etdirilmişdir

13 sentyabr 2025 | 12:43
Yevlaxda 27 Sentyabr-Anım Gününə həsr olunmuş “Vətən sağ olsun” adlı ədəbi-bədii kompozisiya nümayiş etdirilmişdir
“Konstitusiya və Suverenlik İli” çərçivəsində Yevlax Şəhər İcra Hakimiyyəti tərəfindən silsilə tədbirlərin keçirilməsi davam etdirilir. Silsilə tədbirlərin davamı olaraq Şəhər İcra Hakimiyyətinin, Mərkəzi Aran Regional Mədəniyyət İdarəsinin Yevlax şəhər üzrə nümayəndəsinin və Yevlax rayon Mədəniyyət Mərkəzinin birgə təşkilatçılığı ilə Şəhər Yaradıcılıq evində 27 Sentyabr-Anım Gününə həsr olunmuş “Vətən sağ olsun” adlı ədəbi-bədii kompozisiya nümayiş etdirilmişdir. Yevlax rayon Mədəniyyət Mərkəzinin tabeliyində fəaliyyət göstərən müəssisələrin əməkdaşlarının təqdimatında səhnələşdirilmiş ədəbi-bədii kompozisiya tamaşaçılar tərəfindən alqışlarla qarşılanmışdır.
Tədbirdə Yevlax Şəhər İcra Hakimiyyəti Başçısının müavini-İctimai siyasi və humanitar məsələlər şöbəsinin müdiri Elnarə Əzizova, YAP Yevlax rayon təşkilatının sədri Rafiq Əliyev, Mərkəzi Aran Regional Mədəniyyət İdarəsinin Yevlax şəhər üzrə nümayəndəsi Günel Cəfərova, rayonun idarə, müəssisə və təşkilatların məsul şəxsləri, şəhid ailələrinin üzvləri, qazilər, müharibə veteranları, KİV və ictimaiyyət nümayəndələri iştirak ediblər.
Yevlax Şəhər İcra Hakimiyyəti Başçısının müavini-İctimai siyasi və humanitar məsələlər şöbəsinin müdiri Elnarə Əzizova, YAP Yevlax rayon təşkilatının sədri Rafiq Əliyev çıxış edərək bildirdilər ki, Möhtərəm Prezidentimiz, Müzəffər Ali Baş Komandanımız cənab İlham Əliyevin 2020-ci il 2 dekabr tarixli Sərəncamına əsasən təsis edilən Anım Günü Vətən müharibəsində qəhrəmancasına döyüşmüş, ölkəmizin ərazi bütövlüyü yolunda canlarından keçmiş etmiş əsgər və zabitlərimizə, bütün şəhidlərimizə dərin ehtiramın ifadəsidir. 27 Sentyabr-Anım Günü olması ilə bərabər, həm də Zəfər gününün başlanğıcı, həm də milli ləyaqətimizin bərpası günüdür. Vətən müharibəsi bizim şanlı tariximiz, şəhidlər və qazilər qürur mənbəyimizdir. Respublikamızın suverenliyi və ərazi bütövlüyü uğrunda gedən mübarizədə qəhrəmanlıq göstərən əsgər və zabitlərimiz, arxa cəbhədə çalışan mülki insanlarımız, bütövlükdə xalqımız əzm və iradə, bir yumruq kimi birlik və həmrəylik nümayiş etdirərək, düşmənə sarsıdıcı zərbələr endirib. Azərbaycan Ordusunun əks-hücumları qarşısında aciz qalan düşmənin günahsız mülki insanları hədəfə alması, çoxsaylı müharibə cinayətləri xalqımızı qələbə əzmini sarsıda bilməyib. Bu gün Azərbaycan xalqı, bütün dünya azərbaycanlıları müqəddəs Vətənimiz uğrunda canından keçən şəhidlərimizin xatirəsini dərin ehtiramla anır. Küçə, prospekt və meydanlarda, evlərin balkonlarında üçrəngli bayrağımız dalğalanır. Yevlax rayon Mədəniyyət Mərkəzinin tabeliyində fəaliyyət göstərən müəssisələrin əməkdaşlarının təqdimatında səhnələşdirilmiş ədəbi-bədii kompozisiya tamaşaçılar tərəfindən alqışlarla qarşılanmışdır.
 
 
 
 
 
 
 
 
 
 
Keçidlər