Şriftin ölçüsü :

Saytın rəngi :

Yevlaxda 27 Sentyabr-Anım Günü münasibətilə tədbir keçirilib

27 sentyabr 2026 | 13:39
Yevlaxda 27 Sentyabr-Anım Günü münasibətilə tədbir keçirilib
Yevlax Şəhər İcra Hakimiyyətinin təşkilatçılığı ilə keçirilən tədbirdə Şəhər İcra Hakimiyyətinin Başçısı Anar Tağıyev, Yeni Azərbaycan Partiyası Yevlax rayon təşkilatının sədri Rafiq Əliyev, rayonun hüquq-mühafizə orqanlarının, idarələrin, təşkilatların rəhbərləri, əməkdaşları, şəhid ailələri, qazilər və müharibə veteranları iştirak ediblər.
Əvvəlcə tədbir iştirakçıları Şəhidlər Xiyabanında şəhidlərimizin xatirəsinə ucaldılmış Abidəni və şəhid məzarlarını ziyarət ediblər. Şəhidlərin ruhuna dualar oxunub, Abidənin və Şəhidlərin məzarları önünə gül-çiçək dəstələri düzülərək, onların əziz xatirəsi dərin ehtiramla yad edilib.
Anım tədbirində Azərbaycanın ərazi bütövlüyü və suverenliyi uğrunda canlarından keçən şəhidlərimizin şərəfli döyüş yolu və qəhrəmanlıqları bir daha xatırlanıb. Qeyd olunub ki, 27 Sentyabr-Anım Günü Vətən uğrunda canlarından keçmiş qəhrəman övladların xatirəsinə ehtiramın ifadəsi, Qəhrəman şəhidlərimizin göstərdiyi misilsiz fədakarlığın rəmzidir. Vətən uğrunda həyatlarını fəda edən şəhidlərimizin əziz xatirəsi xalqımızın yaddaşında daim yaşayacaq, onların göstərdikləri qəhrəmanlıq və fədakarlıq gələcək nəsillərə örnək olacaq.
Keçidlər