Yevlaxda 27 Sentyabr-Anım Günü ilə əlaqədar şəhid ailələri ziyarət olunub
23 sentyabr 2026 | 16:44
Yevlaxda 27 Sentyabr-Anım Günü ilə əlaqədar şəhid ailələri ziyarət olunub
27 Sentyabr-Anım Günü ilə əlaqədar Yevlax Şəhər İcra Hakimiyyəti Başçısı Aparatının əməkdaşları Yevlax rayonundan olan Şəhid ailələrini yaşadıqları ünvanlarda ziyarət ediblər. Ziyarətlər zamanı Vətənimizin ərazi bütövlüyü və suverenliyi uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirəsi dərin ehtiramla yad olunub, onların ailələrinə minnətdarlıq ifadə edilib. Şəhid ailələri ilə səmimi söhbətlər aparılıb, onların qayğı və ehtiyacları ilə maraqlanılıb. Bildirilib ki, Vətənimizin müstəqilliyi və ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirəsi daim uca tutulacaq, şəhid ailələrinə göstərilən diqqət və qayğı bundan sonra da davam etdiriləcək. Şəhid ailələri göstərilən diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə, Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevaya və dövlət qurumlarının nümayəndələrinə minnətdarlıqlarını ifadə ediblər.






