Şriftin ölçüsü :

Saytın rəngi :

Yevlaxda 27 Sentyabr-Anım Günü ilə əlaqədar ağacəkmə aksiyası keçirilib

23 sentyabr 2026 | 11:51
Yevlaxda 27 Sentyabr-Anım Günü ilə əlaqədar ağacəkmə aksiyası keçirilib
Yevlax Şəhər İcra Hakimiyyəti tərəfindən “Şəhərsalma və Memarlıq İli” çərçivəsində 27 Sentyabr-Anım Günü münasibətilə yaşıllıq ərazilərin genişləndirilməsi, ətraf mühitin qorunması və ekoloji vəziyyətinin yaxşılaşdırılması məqsədilə ağacəkmə aksiyası keçirilib.
Ağacəkmə aksiyasında Yevlax Şəhər İcra Hakimiyyətinin Başçısı Anar Tağıyev, Yeni Azərbaycan Partiyası Yevlax rayon təşkilatının sədri Rafiq Əliyev, rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri, idarə və müəssisələrin rəhbərləri, eləcə də kollektivləri iştirak ediblər.
Aksiya zamanı rayonun iqlim şəraitinə uyğun olaraq müxtəlif növ ağaclar əkilib, əkilən ağaclar suvarılıb, onlara aqrotexniki qulluq göstərilib.
Keçidlər