Şriftin ölçüsü :

Saytın rəngi :

Yevlaxda 27 sentyabr Anım Günü ərəfəsində Şəhid ailələsi ziyarəti edilib

25 sentyabr 2022 | 10:24
Yevlaxda 27 sentyabr Anım Günü ərəfəsində Şəhid ailələsi ziyarəti edilib
Yevlaxda 27 sentyabr Anım Günü ərəfəsində şəhid ailələrinin ziyarəti davam edir.
Yevlax Şəhər İcra Hakimiyyətinin Başçısı Anar Tağıyev hüquq mühafizə orqanlarının rəhbərləri ilə birlikdə rayonun Yaldili kəndindən olan, 44 günlük Vətən Müharibəsində şəhidlik zirvəsinə ucalmış Əkbərov Həsən Raqub oğlunun ailəsini ziyarət etmişdir.
Şəhər rəhbəri Şəhidimizin ailəsi ilə söhbət aparmış və sosial qayğılarının həlli ilə bağlı müvafiq tapşırıqlar vermişdir.
Şəhidin anası Sənubər Həsənova şəhid ailələri və qazilərin sosial qayğılarının həlli ilə bağlı dövlətimiz tərəfindən həyata keçirilən əsaslı işlərə və göstərilən yüksək diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali baş Komandan cənab İlham Əliyevə və Azərbaycan Respublikasının Birinci Vitse-prezidenti hörmətli Mehriban xanım Əliyevaya minnətdarlıqlarını bildirib.
Keçidlər