Şriftin ölçüsü :

Saytın rəngi :

Yevlaxda 27 sentyabr - Anım Günü ərəfəsində şəhid ailələrinin ziyarəti davam etdirilir

24 sentyabr 2023 | 17:19
Yevlaxda 27 sentyabr - Anım Günü ərəfəsində şəhid ailələrinin ziyarəti davam etdirilir
Yevlax Şəhər İcra Hakimiyyəti Başçısı və aparatın rəhbər şəxsləri 27 Sentyabr-Anım Günü ərəfəsində 44 Vətən müharibəsi zamanı şəhidlik zirvəsinə ucalmış şəhidlərin ailə üzvləri ilə görüşlər keçirir, söhbət aparır,onları narahat edən məsələləri dinləyirlər.
Növbəti görüş zamanı 44 Vətən müharibəsində şəhid olmuş Adıgözəlov Faiq Mehdi oğlunun, Məmmədov İlham Elxan oğlunun, Əsgərov Sadiq Elbəyi oğlunun, Məmmədov Sərxan Elxan oğlunun, Məmmədov Soltan Akif oğlunun, Ağayev İldırım Qafqaz oğlunun, Quliyev Fəhmin Yunis oğlunun, Salahov Kamil Mətləb oğlunun, Kərimov Elgün Rauf oğlunun, Quliyev Tural Mustafa oğlunun, Əkbərov Həsən Raqub oğlunun, Həsənli Seymur Qələndər oğlunun, Bahadurzadə Vüqar Məmməd oğlunun və Səmədli Sənan Fikrət oğlunun ailə üzvləri ziyarət edildi.
Görüşlər zamanı Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Ordumuzun 44 günlük Vətən müharibəsində düşmən üzərində qazandığı şanlı Zəfərdən danışılıb. Həmçinin şəhidlərimizin şərəfli həyat yolundan və döyüşlərdə göstərdiyi şücaətdən söhbət açılıb, şəhid ailələrinə, qazilərə Ölkə rəhbərliyinin göstərdiyi diqqət və qayğıdan bəhs edilib, şəhidlərin əziz xatirəsinin qəlblərdə daim yaşayacağı diqqətə çatdırılıb.
Şəhid ailələri hər sahədə əhatə olunduqları qayğıya, problemlərinə həssaslıqla yanaşılmasına görə Möhtərəm Prezidentimiz, Müzəffər Ali Baş Komandanımız cənab İlham Əliyevə və Birinci vitse-prezident hörmətli Mehriban xanım Əliyevaya minnətdarlıqlarını ifadə ediblər.
Keçidlər