Şriftin ölçüsü :

Saytın rəngi :

Yevlaxda 27 Sentyabr-Anım günü ərəfəsində Şəhid ailələri ilə növbəti görüşlər keçirilib

26 sentyabr 2023 | 18:24
Yevlaxda 27 Sentyabr-Anım günü ərəfəsində Şəhid ailələri ilə növbəti görüşlər keçirilib
Azərbaycan Respublikasının müstəqilliyi, suverenliyi və ərazi bütövlüyü uğrunda canından keçmiş şəhidlərimizin ailələri dövlətin xüsusi diqqət və qayğısı ilə əhatə olunublar. Belə ki, 44 günlük Vətən müharibəsində şəhid olan şəxslərin ailə üzvlərinin sosial müdafiəsinin gücləndirilməsi, gündəlik qayğılarının həlli ilə bağlı mütəmadi tədbirlər həyata keçirilir.
Torpaqlarımızın erməni işğalçılarından azad edilməsi uğrunda gedən döyüşlərdə şəhidlik zirvəsinə ucalan qəhrəman Vətən oğullarının əziz xatirəsi Yevlax rayonunda da daim ehtiramla anılır. Şəhər İcra Hakimiyyətinin Başçısı və aparatın məsul şəxsləri ərazi bütövlüyümüz uğrunda canlarından keçən qəhrəman Vətən övladlarının ailələrini mütəmadi olaraq evlərində ziyarət edir, onlara mənəvi dəstək olurlar.
27 Sentyabr–Anım Günü ərəfəsində Şəhər İcra Hakimiyyətinin məsul şəxsləri tərəfindən növbəti şəhid ailələri evlərində ziyarət edildi. Görüşlərdə Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Ordumuzun 44 günlük Vətən müharibəsində düşmən üzərində Zəfər qazanmasından danışıldı, onlarla mənəvi-psixoloji söhbətlər aparıldı, ailələri narahat edən məsələlər öyrənildi.
Şəhidlərin ailə üzvləri onlara göstərilən diqqət və qayğıya görə ölkə rəhbərliyinə minnətdarlıqlarını bildirirlər.
Keçidlər