Şriftin ölçüsü :

Saytın rəngi :

Yevlaxda 26 İyun - Narkomaniya və Narkobiznesə qarşı Beynəlxalq Mübarizə Gününə həsr olunmuş maarifləndirici tədbir keçirilmişdir

25 iyun 2025 | 16:45
Yevlaxda 26 İyun - Narkomaniya və Narkobiznesə qarşı Beynəlxalq Mübarizə Gününə həsr olunmuş maarifləndirici tədbir keçirilmişdir
Yevlax Şəhər İcra Hakimiyyəti başçısı aparatının inzibati binasında Şəhər İcra Hakimiyyətində fəaliyyət göstərən Narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə üzrə komissiya tərəfindən təşkil olunmuş maarifləndirici görüşdə komissiya üzvləri, məsul şəxslər və İctimaiyyət nümayəndələri iştirak ediblər. Yevlax Şəhər İcra Hakimiyyəti Başçısının müavini-Ictimai siyasi və humanitar məsələlər şöbəsinin müdiri Elnarə Əzizova tədbiri giriş sözü ilə açmış, tədbirin məqsəd və əhəmiyyətindən danışaraq bu sahədə görülən işlərdən, cəmiyyətin inkişafını ləngidən, insanların sağlamlığına və mənəviyyatına sarsıdıcı zərbə vuran narkomaniyaya qarşı mübarizənin gücləndirilməsi məqsədilə ölkəmizdə, o cümlədən rayonumuzda kompleks tədbirlərin mütəmadi olaraq həyata keçirildiyini və təbliğat işlərinin genişləndirildiyini bildirib.
Çıxış edən digər natiqlər narkomaniyanın cəmiyyətin sağlam inkişafına, mənəviyyatına ağır zərbə vurmasından, narkotiklərin qəbulunun insan orqanizmi üçün zərərli nəticələrindən və onun törətdiyi fəsadlardan söz açıblar. Müasir dövrümüzdə narkomaniyanın cəmiyyətin ən çox rastlaşdığı problemlərdən biri olduğunu qeyd ediblər.
Keçidlər