Şriftin ölçüsü :

Saytın rəngi :

Yevlaxda 26 iyun –Narkomaniya və Narkobiznesə qarşı Beynəlxalq Mübarizə Günü münasibətilə tədbir keçirilib

25 iyun 2026 | 17:56
Yevlaxda 26 iyun –Narkomaniya və Narkobiznesə qarşı Beynəlxalq Mübarizə Günü münasibətilə tədbir keçirilib
Yevlax Şəhər İcra Hakimiyyətinin təşkilatçılığı ilə 26 iyun–Narkomaniya və Narkobiznesə qarşı Beynəlxalq Mübarizə Günü münasibətilə maarifləndirici tədbir keçirilib.
Müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu, Ümummilli Lider Heydər Əliyevin, həmçinin Vətənimizin ərazi bütövlüyü və suverenliyi uğrunda canlarından keçmiş qəhrəman şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilmiş, Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.
Tədbirdə Yevlax Şəhər İcra Hakimiyyəti Başçısının müavini-Ərazi-təşkilat və ictimai-siyasi məsələlər şöbəsinin müdiri Elnarə Əzizova, Yevlax Şəhər İcra Hakimiyyəti Başçısı Aparatının Hüquq və kadr məsələləri sektorunun müdiri, Yevlax Şəhər İcra Hakimiyyətində fəaliyyət göstərən Narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə üzrə Komissiyanın katibi Vidadi Murtuzayev, Yevlax Rayon Prokurorunun köməkçisi Əli Cəlallı, Yevlax Rayon Polis Şöbəsinin Yetkinlik yaşına çatmayanlarla profilaktiki işin təşkili qrupunun inspektoru, polis baş leytenantı Mübariz Cəmilzadə, Yevlax rayonu üzrə Gənclər və İdman sektorunun baş məsləhətçisi Hüseyn Həsənov çıxış etmişlər.
Çıxışlarda narkomaniyanın cəmiyyət üçün yaratdığı ciddi təhlükələrdən, narkotik vasitələrin qanunsuz dövriyyəsinin ağır sosial və hüquqi nəticələrindən, xüsusilə gənclər arasında sağlam həyat tərzinin təbliğinin vacibliyindən bəhs olunmuşdur. Bildirilmişdir ki, narkomaniya ilə mübarizədə dövlət qurumlarının, təhsil müəssisələrinin, hüquq-mühafizə orqanlarının və ictimaiyyətin birgə fəaliyyəti mühüm əhəmiyyət kəsb edir.
Tədbir iştirakçılarına narkotik vasitələrin insan sağlamlığına, ailə institutuna və cəmiyyətə vurduğu zərərlər barədə ətraflı məlumat verilmiş, bu istiqamətdə maarifləndirmə işlərinin davamlı olaraq aparılmasının vacibliyi vurğulanmışdır.
Sonda iştirakçıları maraqlandıran suallar cavablandırılmış, narkomaniya və narkobiznesə qarşı mübarizədə hər bir vətəndaşın fəal mövqe nümayiş etdirməsinin əhəmiyyəti diqqətə çatdırılmışdır.
Keçidlər