Şriftin ölçüsü :

Saytın rəngi :

Yevlaxda 26 iyun-Narkomaniya və Narkobiznesə qarşı Beynəlxalq Mübarizə Günü ilə bağlı tədbir keçirilmişdir

25 iyun 2024 | 19:19
Yevlaxda 26 iyun-Narkomaniya və Narkobiznesə qarşı Beynəlxalq Mübarizə Günü ilə bağlı tədbir keçirilmişdir
Yevlax Şəhər İcra Hakimiyyətinin təşkilatçılığı ilə “Narkomaniyaya qarşı birgə mübarizə aparaq” adlı tədbir keçirildi. Yevlax “Gənclər Evi” SXM-nin inzibati binasında keçirilən tədbirdə Yevlax Şəhər İcra Hakimiyyəti Başçısının müavini, Şəhər İcra Hakimiyyətində fəaliyyət göstərən Narkomanlığa, narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə üzrə Komissiyanın sədri Elnarə Əzizova, YAP Yevlax Rayon Təşkilatının sədr müavini Tural İsmayılov, Yevlax rayon prokurorunun böyük köməkçisi Rauf Ələsgərov, Yevlax Rayon Polis Şöbəsinin Narkomaniyaya mübarizə qrupunun əməliyyat müvəkkili, polis baş leytenantı Cavid Əzizli, Yevlax “Gənclər Evi” SXM-nin psixoloqu Əhməd Yusifli, Həkim-Narkoloq Saleh Səfərov,gənclər və şagirdlər iştirak ediblər.
Əvvəlcə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.Ümummilli Liderimiz Heydər Əliyevin və torpaqlarımızın bütövlüyü uğrunda canlarını fəda etmiş qəhrəman şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Daha sonra 26 iyun-Narkomaniya və Narkobiznesə qarşı Beynəlxalq Mübarizə Gününə həsr olunmuş qısa metrajlı videoçarx nümayiş etdirilmişdir.
Tədbirdə çıxış edən Yevlax Şəhər İcra Hakimiyyəti Başçısının müavini, Şəhər İcra Hakimiyyətində fəaliyyət göstərən Narkomanlığa, narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə üzrə Komissiyanın sədri Elnarə Əzizova bildirdi ki, Müasir dövrümüzün ağrılı və acınacaqlı bəlalarından biri də nakomaniyadır. El arasında “ağ ölüm” kimi tanınan bu bəşəri bəlaya düçar olanların sayı isə ildən-ilə artmaqdadır.Uzun illərin elmi araşdırmaları göstərir ki, narkomanlıq insanı ruhi cəhətlə yanaşı, fiziki qüsurlu edir.. Təəssüflər olsun ki, bu bəla ölkəmizdən də yan keçməmişdir. Doğrudur, bir sıra dünya ölkələri ilə müqayisədə ölkəmizdə narkotizm o qədər geniş yayılmasa da, mövcuddur və ciddi mübarizələrə rəğmən yenə də artmaqdadır. Ölkəmiz isə öz müstəqilliyinə qovuşduqdan sonra bütün sahələrdə olduğu kimi, narkomanlıq və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə sahəsində də dövlət tərəfindən məqsədyönlü, ardıcıl və təxirəsalınmaz addımlar atılmışdır. Müstəqilliyimizin ilk illərindən başlayaraq ulu öndər Heydər Əliyev narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizəni ümumdövlət vəzifəsi hesab edərək, cəmiyyətimizin sağlam inkişafının vacibliyini vurğulayaraq demişdir: “Narkomaniya və narkobizneslə mübarizə hər bir ölkənin, xalqın, millətin fiziki və əqli sağlamlığı uğrunda aparılan mübarizədir”.Ümummilli Lider 1996-cı il avqustun 26-da müvafiq Fərman imzalamış və bu problemin həll edilməsi üçün görülən işlər keyfiyyət baxımından yeni mərhələyə qədəm qoymuşdur. Bu Fərman əsasında ölkəmizdə 2000-ci ilədək narkomanlığın yayılmasına, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə üzrə Ümummilli Proqram hazırlanmış, Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyası yaradılmış, 18 iyun 1999- cu ildə isə Milli Məclis tərəfindən «Narkotik vasitələrin, psixotrop maddələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə haqqında»Azərbaycan Respublikası Qanunu qəbul olunmuşdur. Narkomaniya və narkotik maddələrin qanunsuz dövriyyəsi ilə mübarizə dövlətimizin qarşısında duran ən vacib məsələlərdən birinə çevrilmişdir.Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev 2019-cu il 22 iyul tarixli Sərəncamı ilə 2019-2024-cü illəri əhatə edən dördüncü 5 illik Dövlət Proqramı təsdiq olunmaqla icrası davam etdirilir. Bu isə ölkəmizdə narkomaniyaya qarşı mübarizənin dövlət siyasətinin prioritet istiqamətlərindən birinə çevrilməsinin Prezident İlham Əliyevin bu sosial bəlanın bütün təzahürlərinə qarşı prinsipial və barışmaz mövqeyinin göstəricisi olduğunu nümayiş etdirir. Azərbaycan dövlətinin bu problemlə bağlı müəyyənləşdirdiyi strategiya uğurla reallaşdırılır, gənc nəslin sağlam və yüksək ideallar ruhunda tərbiyəsi istiqamətində qətiyyətli addımlar atılır. Xüsusilə bu sahədə təbliğatın aşağı səviyyədə aparılması gənclərin bu bəlanın ağuşuna hazır yem kimi atılmasına münbit şərait yaradır. Bu məqsədlə sağlam həyat tərzinin cəmiyyətdə, xüsusilə gənclər arasında təbliği üçün yeniyetmə və gənclər arasında bəşəriyyəti dərindən düşündürən və onu narahat edən ən ciddi problemlərdən biri kimi narkomaniya və onun törətdiyi ağır fəsadlar haqqında düzgün maarifləndirici tədbirlərin intensiv hal alması olduqca zəruridir. Bu məqsədlə, yeniyetmə və gənclər arasında silsilə, maarifləndirici tədbirlər keçirilir. Hamımızın birgə məqsədi yeniyetmə və gənclərin bu bəladan, yəni narkomaniyadan uzaqlaşması üçündür. Bu məqsədlə rayonun bütün ictimaiyyəti eləcə də valideynlər də iştirak etməlidir. Bax o zaman birgə səylərimiz nəticəsində biz rayonda əminliklə narkomaniyaya yox deyə biləcəyik. Gəlin birlikdə planetimizin ən qlobal problemlərindən birinə çevrilən, gənclərimizi ölümün ağuşuna alan, cəmiyyətimizin mənəvi və intellektual potensialının aşınmasına səbəb olan, genofondumuza sarsıdıcı, ağır və sağalmaz zərbələr vuran bu bəlaya – narkomaniyaya “YOX” deyək.
Çıxış edən YAP Yevlax Rayon Təşkilatının sədr müavini Tural İsmayılov bildirdi ki, müstəqilliyimizin ilk illərindən başlayaraq Ulu Öndər Heydər Əliyev narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizəni ümumdövlət vəzifəsi hesab edərək, cəmiyyətimizin sağlam inkişafının vacibliyini vurğulayaraq demişdir: “Narkomaniya və narkobizneslə mübarizə hər bir ölkənin, xalqın, millətin fiziki və əqli sağlamlığı uğrunda aparılan mübarizədir”. Ümummilli Lideri 1996-cı il avqustun 26-da müvafiq Fərman imzalamış və bu problemin həll edilməsi üçün görülən işlər keyfiyyət baxımından yeni mərhələyə qədəm qoymuşdur. Bu Fərman əsasında ölkəmizdə 2000-ci ilədək narkomanlığın yayılmasına, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə üzrə Ümummilli Proqram hazırlanmış, Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyası yaradılmış, 18 iyun 1999-cu ildə isə Milli Məclis tərəfindən «Narkotik vasitələrin, psixotrop maddələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə haqqında»Azərbaycan Respublikası Qanunu qəbul olunmuşdur. Bu Qanunun başlıca əhəmiyyəti ondan ibarətdir ki, Azərbaycanda narkotik tərkibli bitkilərin kultivasiyası, narkotik vasitələrin və psixotrop maddələrin istehsalı, dərman preparatlarının və xammalın hazırlanması qanunla qadağan edilmişdir. Beləliklə, bu gün ölkəmizdə zəruri olan normativ-hüquqi baza, müvafiq təşkilati strukturlar yaradılmış, milli proqramlar hazırlanaraq həyata keçirilmişdir. Narkomaniya və narkotik maddələrin qanunsuz dövriyyəsi ilə mübarizə dövlətimizin qarşısında duran ən vacib məsələlərdən birinə çevrilmişdir. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev narkomaniya və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizədə qətiyyətli mövqe nümayiş etdirərək, bu problemlə əlaqədar 2000-2006-cı illəri, 2007-2012-ci illəri və 2013-2018-ci illəri əhatə edən narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair üç mühüm əhəmiyyət kəsb edən Dövlət Proqramı təsdiq etmişdir. Hazırda isə Prezident İlham Əliyevin 2019-cu il 22 iyul tarixli Sərəncamı ilə 2019-2024-cü illəri əhatə edən dördüncü növbəti 5 illik Dövlət Proqramı təsdiq olunmaqla icrasına başlanılmışdır. Bu isə ölkəmizdə narkomaniyaya qarşı mübarizənin dövlət siyasətinin prioritet istiqamətlərindən birinə çevrilməsinin Prezident İlham Əliyevin bu sosial bəlanın bütün təzahürlərinə qarşı prinsipial və barışmaz mövqeyinin göstəricisi olduğunu nümayiş etdirir. Azərbaycan dövlətinin bu problemlə bağlı müəyyənləşdirdiyi strategiya uğurla reallaşdırılır, gənc nəslin sağlam və yüksək ideallar ruhunda tərbiyəsi istiqamətində qətiyyətli addımlar atılır.
Çıxış edən Yevlax rayon prokurorunun böyük köməkçisi Rauf Ələsgərov mövzunun aktuallığını qeyd edərək bildirmişdir ki, Narkomanlıq və narkotiklərin qanunsuz dövriyyəsi ən ciddi və təhlükəli qlobal problemlərdən biri olmaqla cəmiyyətinin mənəvi və əxlaqi dəyərlərinə böyük zərbə vurur, cinayətkarlığın artmasına səbəb yaradır, eyni zamanda terrorizmin maliyyə mənbəyi olmaqla beynəlxalq təhlükəsizliyə ən ciddi təhdidlərdən biri kimi çıxış edir. Bu baxımdan dünya dövlətlərinin əksəriyyətinin gündəliyində duran əsas məsələlərdən biri narkomanlığa və narkotik vasitələrin qeyri-qanuni dövriyyəsinə qarşı səmərəli mübarizənin təşkil edilməsidir.
Ölkəmiz də bu istiqamətdə gedən əsaslı beynəlxalq mübarizəyə qoşulmuş, narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsi və narkomanlıqla mübarizə sahəsində müvafiq təşkilati-hüquqi, institusional və zəruri əməli praktiki tədbirlər həyata keçirilir.
Yevlax Rayon Polis şöbəsinin Narkomaniyaya mübarizə qrupunun əməliyyat müvəkkili, polis baş leytenantı Cavid Əzizli narkotik vasitələrin cəmiyyət üçün yaratdığı problemlərdən danışaraq, bu maddələrin fəsadları barədə geniş məlumat verib. Gəncliyin fiziki və mənəvi sağlamlığı üçün ciddi təhlükə törədən və ağır zərbə vuran narkomaniyanın mənfi nəticələrindən söz açan şöbə rəisi, ölkənin hər yerində narkomanlığa qarşı ciddi mübarizənin aparıldığını qeyd edib. Bildirilib ki, Yevlax RPŞ tərəfindən rayon ərazisində narkotik vasitələrin, psixotrop maddələrin və onların prekusorlarının qanunsuz dövriyyəsi ilə məşğul olan şəxslərin müəyyən edilərək məsuliyyətə cəlb olunması istiqamətində uğurlu əməliyyat-axtarış tədbirləri həyata keçirilir.
Çıxış edən Yevlax “Gənclər Evi” SXM-nin psixoloqu Əhməd Yusifli gənclərin narkomanlıq və digər zərərli vərdişlərdən qorunması üçün dövlət səviyyəsində görülən işlər barədə məlumat verərək, narkotik vasitələrin insan orqanizminə göstərdiyi mənfi təsirlər və gələcəkdə sağlamlığa törədəcəyi ağır fəsadlar barədə danışıb, yeniyetmə və gəncləri bu zərərli vərdişlərdən uzaq durmağa çağırdı. O, problemin həllində əsas addımlardan birinin təbliğat və maarifləndirmə işini genişləndirmək olduğunu vurğulayaraq, narkotik maddələrin qəbul edilməsi ilə insanın fiziki, mənəvi və psixoloji cəhətdən məhv olduğunu bildirdi. Həmçinin, bəşəriyyət üçün böyük bəla olan narkomaniyanın törətdiyi fəsadlara qarşı mübarizənin bu gün xüsusilə aktual xarakter daşıdığını, narkomaniyaya qarşı aparılan tədbirlərin hər zaman ölkə rəhbərliyinin diqqət mərkəzində olduğunu xüsusilə vurğuladı.
Həkim-Narkoloq Saleh Səfərov çıxış edərək iştirakçıların nəzərinə çatdırmışdır ki, müasir dünyanın üzləşdiyi ən ağır sosial-ictimai problemlər sırasında narkomaniya əsas yerlərdən birini tutur. Bu problem cəmiyyətin mənəvi və əxlaqi dəyərlərinə böyük zərbə vuran, sosial-iqtisadi inkişafa mənfi təsir göstərən, insanların həyat və sağlamlığına təhlükə yaradan, cinayətkarlığın artmasına səbəb olan amildir. Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra dövlət quruculuğunun bütün sahələrində aparılan islahatlar, ölkənin ümumi inkişafı narkotik vasitələrin qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı kompleks mübarizəni zəruri etmişdir. Azərbaycan Respublikası Prezidentinin 1996-cı il 26 avqust tarixli fərmanı ilə bu sahədə dövlət siyasətinin əsasları müəyyən edilmiş, həmin siyasətin həyata keçirilməsini təmin etmək, dövlət orqanları və ictimai birliklərin fəaliyyətini əlaqələndirmək məqsədilə Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyası yaradılmışdır.Narkotiklərin qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizə sahəsində təşkilati-hüquqi, institusional və digər tədbirlər həyata keçirilməkdədir.
Tədbirin gedişində şagirdləri maraqlandıran suallar cavablandırılmışdır.
Keçidlər