Şriftin ölçüsü :

Saytın rəngi :

Yevlaxda 23 iyun - Dövlət Qulluqçularının Peşə Bayramı gününə həsr olunmuş tədbir keçirilmişdir

21 iyun 2024 | 14:35
Yevlaxda 23 iyun - Dövlət Qulluqçularının Peşə Bayramı gününə həsr olunmuş tədbir keçirilmişdir
Tədbirdə Yevlax Şəhər İcra Hakimiyyətinin Başçısı Anar Tağıyev, rayonda fəaliyyət göstərən dövlət qurumlarında çalışan dövlət qulluqçuları iştirak etmişlər. Tədbir iştirakçıları əvvəlcə Xalqımızın Ümumilli Lideri Heydər Əliyevin abidəsini ziyarət edərək, önünə gül dəstələri düzmüş, Ulu Öndərin əziz xatirəsinə öz ehtiramlarını bildirmişlər.
Tədbirdə çıxış edən Yevlax Şəhər İcra Hakimiyyətinin Başçısı Anar Tağıyev dövlət qulluqçularını peşə bayramları günü münasibəti ilə təbrik etmiş, bu gün sürətlə inkişaf edən ölkəmizdə dövlət idarəetməsi sahəsində görülmüş işlərdən, dövlət qulluqçularının sosial-rifah halının yaxşılaşdırılması sahəsində aparılan islahatlardan danışmış, Möhtərəm Prezidentimiz, Müzəffər Ali Baş Komandanımız cənab İlham Əliyev tərəfindən 2006-cı ildə dövlət qulluqçularının peşə bayramı gününün təsis olunmasını, hər il bu bayram münasibəti ilə dövlət qulluqçularının təltif edilməsini dövlət qulluqçularına göstərilən diqqət və qayğının bariz nümunəsi olduğunu vurğulamışdır.
Sonda dövlət qulluğunda səmərəli və qüsursuz fəaliyyət göstərən bir qrup dövlət qulluqçusuna Şəhər İcra Hakimiyyətinin Fəxri Fərmanları təqdim edilmişdir.
Keçidlər